Kobaxidze Əsədovla təkbətək görüş keçirdi
Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda səfərdə olan Gürcüstanın hökumət başçısı İrakli Kobaxidze Azərbaycanın baş naziri Əli Əsədovla təkbətək görüş keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasının mətbuat xidmətindən bildirilib.
Görüşdə Ə.Əsədov gürcü həmkarını oktyabrın 26-da keçirilmiş parlament seçkilərində hakim komandanın qələbəsi və yenidən baş nazir vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. O vurğulayıb ki, seçkilərin nəticələri gürcü xalqının iradəsini bir daha nümayiş etdirib.
Tərəflər Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əsas istiqamətlərini və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası çərçivəsində müzakirə olunacaq məsələləri nəzərdən keçiriblər.
Gürcüstan ilə Azərbaycan arasında müxtəlif sahələrdə sıx əməkdaşlığın inkişafının müsbət dinamikası qeyd edilib.
Regionda sülhün və sabitliyin vacibliyi də vurğulanıb. İ.Kobaxidze Gürcüstanın üçtərəfli dialoqa və regional əməkdaşlığın inkişafına kömək etməyə hazır olduğunu təsdiqləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 17 Yanvar 2025 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















