Kobaxidze: Gürcüstanda elektrik kəsintiləri sabotajla əlaqəli olmaya bilər
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İyulun 24-25-də Gürcüstanda baş verən genişmiqyaslı elektrik enerjisi kəsintisi sabotajla əlaqəli olmaya bilər. Bununla bağlı yekun cavabı Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti verəcək.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
“Məsələ tam araşdırılana, rəsmi məlumat əldə olunana qədər gözləməliyik. Ancaq bundan sonra cəmiyyətə tam məlumat verəcəyik. Gəlin hadisələri qabaqlamayaq. Ola bilsin, ümumiyyətlə sabotaj məsələsi olmayıb. Hər şey tam aydınlaşdıqdan sonra məlumatı cəmiyyətlə bölüşəcəyik”, - Baş nazir qeyd edib.
Gürcüstan hökumətinin başçısı həmçinin bildirib ki, ölkə üzrə avqustun 1-də də elektrik enerjisi kəsilsə də, həmin vaxt baş verənlərin səbəbi İnquri Su Elektrik Stansiyasında aparılan sınaqlar olub.
Xatırladaq ki, iyulun 24-25-də Gürcüstanda genişmiqyaslı elektrik enerjisi kəsintisi baş verib. Hər iki halda Tbilisi ilə yanaşı, ölkənin digər böyük şəhər və yaşayış məntəqələrində də elektrik enerjisi olmayıb. Tbilisi metrosu və dəmir yolu fəaliyyət göstərməyib.
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti bundan sonra genişmiqyaslı kəsintilərlə bağlı Cinayət Məcəlləsinin “Sabotaj” maddəsi üzrə cinayət işi açıb.
Baxış sayı:111
Bu xəbər 08 Avqust 2026 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















