Icma.az
close
up
RU
Kobaxidze Saakaşvilini bəyanatlarda daha diqqətli olmağa çağırıb

Kobaxidze Saakaşvilini bəyanatlarda daha diqqətli olmağa çağırıb

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Gürcüstanın baş naziri İrakli Kobaxidze hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının qurucusu Bidzina İvanişvilinin Suriyanın keçmiş lideri Bəşər Əsəd kimi ölkəni tərk etməsini istəyən eks-prezident Mixail Saakaşvilinin bəyanatına cavabında onu ehtiyatlı olmağa çağırıb.

Bizimyol.info xəbər verir ki, bir gün əvvəl videobağlantı vasitəsilə məhkəmə iclasında çıxışı zamanı Saakaşvili deyib ki, gürcü xalqı İvanişvilinin evinə girib onun ev akvariumunda Əsəd ölkəni tərk edərkən sarayına daxil olan suriyalılar kimi köpək balıqlarının olduğu şayiələrinə təəccüblənməyənə qədər Gürcüstanda azad seçkilər baş tutmayacaq. Saakaşvilinin sözlərinə görə, “bu vaxt çox yaxındadır, çünki İvanişvili hələ də akvariumunu yoxlamaqdan yayınmaq şansının olduğunu başa düşmür”.

“Mən Saakaşvilini daha diqqətli olmağa çağırardım. Onun bütün ifadələri boş sözlərdir, ifadələrinin heç bir dəyəri və mənası yoxdur. Saakaşvili özünü saxlamalıdır, o, Gürcüstan dövlətinə və xalqına qarşı çoxlu cinayətlər törədib, buna uyğun olaraq, mən onun yerində olsaydım, bəyanatlarımda daha diqqətli olardım”, - deyə Kobaxidze jurnalistlərə eks-prezidentin bəyanatını şərh edərkən deyib.

Baş nazir həmçinin qeyd edib ki, Gürcüstanda müxalifət “özünü məhv etmək rejimindədir” və Kobaxidzenin “radikal müxalifətin lideri” adlandırdığı Saakaşvilinin bəyanatı bunu əks etdirir.

Hazırda Ukrayna vətəndaşı olan Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb, onlardan ikisində siyasətçi qiyabi olaraq 3, daha 6 il müddətinə azadlıqdan məhrum edilib.

2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması, Gürcüstanın “İmedi” teleşirkətinin ofisinin dağıdılması və təxminən 9 milyon lari (3,2 milyon dollardan çox) məbləğində dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı işlərə baxılır. 2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin saxlanılıb, bundan sonra o, sərhədi qanunsuz keçməkdə ittiham olunub. 2022-ci ilin may ayında səhhəti pisləşdiyi üçün o, hazırda qaldığı Tbilisinin özəl “Vivamed” klinikasına aparılıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 Dekabr 2024 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri