Icma.az
close
up
RU
Koç Universiteti ilə Əmək və Sosial Münasibətlər Akademiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Koç Universiteti ilə Əmək və Sosial Münasibətlər Akademiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 29 may, AZƏRTAC

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında Türkiyənin Koç Universitetinin rəhbərliyi ilə görüş keçirilib.

AHİK-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Konfederasiya sədri Sahib Məmmədov, Koç Universitetinin rektoru Metin Sitti, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini icra edən Yusif Ağayev, həmçinin akademiyanın professor-müəllim heyəti iştirak edib.

Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının fəaliyyəti üçün yaradılmış əlverişli şəraiti diqqətə çatdırıb, Prezident İlham Əliyevin həmkarlar ittifaqlarına göstərdiyi xüsusi diqqət və qayğını vurğulayıb. Bildirilib ki, ölkəmizdə sosial tərəfdaşlıq münasibətləri inkişaf etdirilərək əmək hüquqlarının müdafiəsində həmkarlar ittifaqlarının rolu daha da gücləndirilir. Koç Universiteti ilə Əmək və Sosial Münasibətlər Akademiyası arasında əlaqələrin yaradılmasının önəmini qeyd edən Konfederasiya sədri qarşılıqlı təcrübə mübadiləsi, təlimlərin təşkili və digər istiqamətlər üzrə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Koç Universitetinin rektoru Metin Sitti görüşdən məmnunluğunu ifadə edib, Əmək və Sosial Münasibətlər Akademiyası ilə təhsil və elmi-tədqiqat sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivlərindən danışıb.

Akademiyanın rektoru vəzifəsini icra edən Yusif Ağayev ali təhsil ocağının fəaliyyətindən, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan islahatlardan bəhs edib. Eyni zamanda, akademiyanın nəzdində yeni yaradılan İxtisasartırma və Kadrların İnkişafı Mərkəzinin məqsəd və vəzifələri barədə məlumat verib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov isə Koç Universitetinin qabaqcıl proqramlarını, tədris və təlim təcrübəsini vurğulayaraq, ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələri ilə qarşılıqlı faydalı münasibətlərin yaradılmasının önəmi barədə fikirlərini bölüşüb.

Görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası və Türkiyənin Koç Universiteti arasında əməkdaşlıq memorandumunun imzalanması barədə razılıq əldə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri