Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Robert Koçaryan həbs edilməlidir.
“Newsarmenia” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı bildirib.
Paşinyan ölkədə məhkəmə sisteminin ciddi islahatlara ehtiyacı olduğunu bildirərək, ikinci prezident Robert Koçaryanın həbs edilməli olduğunu bəyan edib.
Onun sözlərinə görə, vətəndaşlar küçədə ondan Robert Koçaryanın niyə hələ də azadlıqda olduğunu soruşurlar.
“Hakimiyyət bölgüsü mövcuddur. Qanunverici və icra hakimiyyəti ədalət mühakiməsinin funksiyalarını öz üzərinə götürə bilməz. Yeni Konstitusiya olmadan bu qərarların qəbul ediləcəyini təsəvvür etmirəm. Andlılar məhkəməsi institutu tətbiq edilməlidir. Hazırkı bütün hakimlər etibarlılıq baxımından hərtərəfli yoxlamadan keçməlidirlər”, – Paşinyan deyib.
Baş nazir qeyd edib ki, imkanlı şəxslər hazırkı ədliyyə sistemində öz problemlərini həll edə bilirlər.
Paşinyanın fikrincə, konstitusion tənzimləmələr səbəbindən ədalət mühakiməsi institutu dövlət idarəçiliyinin "ən uğursuz sahəsinə" çevrilib:
"Ermənistanda oliqarxik məhkəmə sistemi ola bilməz. Mən buna qarşı hər gün bütün vasitələrlə mübarizə aparacağam. Robert Koçaryan həbsdə olmalıdır. Bunu niyə deyirəm? Çünki xalq bunu mənə deyib və bu mandatı mənə verib".
O vurğulayıb ki, söhbət yalnız Robert Koçaryandan getmir.
"Hamısı həbs olunacaq", – Paşinyan əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 02 İyul 2026 18:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















