Icma.az
close
up
RU
Koçaryanın “məğlub siyasət”i diriltmək xülyası

Koçaryanın “məğlub siyasət”i diriltmək xülyası

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

O, xalqı yeni fəlakətə sürükləməkdən çəkinmir

Ermənistanın ikinci prezidenti, adı qanlı etnik təmizləmənin, korrupsiya və talançılığın, kriminalın simvolu olan Robert Koçaryan ölkədə qarışıqlıq yaratmaq, xaricdəki havadarlarına güvənərək siyasi hakimiyyəti ələ keçirmək istiqamətində cəhdlərini davam etdirir. Bu odioz fiqur yaxınlaşan parlament seçkiləri ərəfəsində daha da fəallaşıb. Koçaryan hazırda “Hayastan” blokunun baş nazirliyə namizədidir. Blokda Erməni İnqilabi Federasiyası – “Daşnaksütyun” və Eçmiədzin şəhərinin meri vəzifəsinə namizəd Sevak Xaçatryanın rəhbərlik etdiyi sağ mərkəzçi “İrəli” partiyası cəmləşib.

Hələlik seçki kampaniyasının təbliğat-təşviqat mərhələsi başlamadığı üçün Koçaryanın siyasi fəaliyyətinin mühüm istiqamətlərindən birini müsahibə və açıqlamalar vermək təşkil edir. O, nəzarəti altında olan “5TV Channel”də “Böyük siyasət” podkastının dördüncü buraxılışında aprelin 1-də Kremldə Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilmiş görüşdə səslənən fikirləri şərh etməyə çalışıb. Xatırladaq ki, Rusiya Prezidenti sözügedən görüş zamanı demişdir: “…Biz çox istərdik ki, bütün siyasi partiyalar, siyasətçilər seçkilər zamanı daxili siyasi proseslərdə iştirak edə bilsinlər. Bəzilərinin azadlıqdan məhrumetmə yerlərində olduğunu bilirəm, baxmayaraq ki, onların Rusiya pasportu var. Bu sizin qərarınızdır, biz qarışmırıq, amma istərdik ki, onlar heç olmasa daxili siyasi prosesdə iştirak edə bilsinlər”.

R.Koçaryan isə Rusiya Prezidentinin seçkiqabağı proseslərlə bağlı sözlərini Ermənistanın daxili işlərinə qarışmaq kimi qiymətləndirmir: “Səbəb–nəticə əlaqəsini xatırlamaq lazımdır. Rusiya Prezidenti bu mövzunu qaldırmazdı, əgər Ararat Mirzoyanın Brüssel səfəri, hibrid müharibədən danışması və Avropa İttifaqı missiyasının gəlişi olmasaydı. Mövzunun gündəmə gətirilməsini təhrik edən bu hakimiyyətdir. Rusiyanın, necə deyərlər, gözləri önündə Moldova nümunəsi var. Ermənistan da bu yolla gedir və bunu gizlətmir”.

Keçmiş prezident əlavə edib ki, Ermənistan hakimiyyəti Rusiya ilə münasibətlərin möhkəmləndirilməsini istəyən qüvvələri neytrallaşdırmağa çalışır, Rusiya Prezidenti isə Ermənistan xalqına seçim etmək imkanı verilməsinin vacibliyindən danışırdı. O xatırladıb ki, Aİ-dən yardım istəmə təşəbbüsü məhz Ermənistan tərəfindən irəli sürülüb və avropalıların prosesə cəlb olunması avtomatik olaraq Rusiyanın da cəlb olunması deməkdir. Onun sözlərinə görə, əgər Aİ geri çəkilsə, Rusiya özü də geri çəkiləcək: “Qoy erməni xalqı qərar versin. Əgər qərar versə ki, Rusiya Federasiyası ilə münasibətlər önəmli deyil, qoy başqa yol seçsin”. Bununla belə, o əlavə edib ki, Paşinyan təxribatları (?) dayandırmayacaq: “Bu, onun həyat tərzidir, onun biokimiyasıdır. O, erməni xalqını rahat buraxmayacaq”.

Yada salaq ki, Paşinyan V.Putinin yuxarıda iqtibas gətirdiyimiz fikirlərinə cavab olaraq demişdir: “Bizim daxili siyasi proseslərə gəlincə, bildiyiniz kimi, Ermənistan demokratik dövlətdir və bizdə demək olar ki, siyasi proseslər daim mövcuddur. Bu, artıq bizim üçün adi haldır. Faktiki olaraq ildə iki dəfə bizdə yerli seçkilər keçirilir və bu seçkilər də çox siyasiləşib, çünki həyata keçirdiyimiz siyasi islahatlar nəticəsində insanlar orada da siyasi partiyalara lehinə və ya əleyhinə səs verirlər. Demək istəyirəm, bizdə elə vətəndaşlar var ki, onlar Ermənistanda demokratiyanın həddən artıq çox olduğunu hesab edirlər. Amma bu, bizim üçün prinsipial məsələdir. Məsələn, bizdə sosial şəbəkələr 100 faiz azaddır, ümumiyyətlə, heç bir məhdudiyyət yoxdur və bir çox vətəndaşlar düşünür ki, bu da həddindən artıqdır. Bütövlükdə, açıq şəkildə deyim ki, bizdə azadlıqdan məhrumetmə yerlərində siyasi proseslərin iştirakçıları yoxdur. Mən diqqətinizi bir məqama yönəltmək istərdim: məsələn, bizdə tezliklə parlament seçkiləri keçiriləcək. Bunlar deputat seçkiləridir və de-fakto həm də baş nazir seçkiləridir. Və mən diqqətinizi ona yönəltmək istəyirəm ki, bu seçkilərdə yalnız və yalnız Ermənistan pasportu olan vətəndaşlar iştirak edə bilərlər. Yəni hər birinə hörmətlə, amma Rusiya pasportu olan şəxslər Ermənistan Konstitusiyasına görə nə deputatlığa, nə də baş nazirliyə namizəd ola bilərlər”.

***

N.Paşinyanın seçkiqabağı vəziyyətlə bağlı Putinlə görüş zamanı verdiyi ətraflı izahatı dinlədikdən, yaxud oxuduqdan sonra Koçaryanın podkast zamanı ortaya çıxardığı iddialar bir daha göstərir ki, keçmiş prezidentin mövqeləri indiki reallıqla tam ziddiyyət təşkil edir. Ermənistan Baş naziri açıq şəkildə ölkədə demokratik mühitin genişləndiyini, siyasi proseslərin davamlı xarakter aldığını, azadlıqdan məhrumetmə yerlərində siyasi səbəblərlə saxlanılan şəxslərin olmadığını vurğulayır. Yəni o, hazırkı vəziyyəti faktlarla izah edir. Seçkilərdə yalnız Ermənistan pasportu olan şəxslərin iştirak edə bilməsi də Konstitusiya qaydasıdır və heç bir gizli mənası yoxdur. Məhz belə bir aydın mənzərə fonunda Koçaryanın vəziyyəti dramatikləşdirməyə çalışması diqqət çəkir. O, dövlətin xarici tərəfdaşlarla təmaslarını risk kimi təqdim edir, müxtəlif istiqamətlərə eyhamlar vurur və ölkənin hansısa sxem üzrə hərəkət etdiyini iddia edir. Bu çıxışlar daha çox seçkiqabağı özünü gündəmdə saxlamaq, Rusiyaya yarınmaq və reytinq toplamaq təsiri bağışlayır.

Onun cəmiyyətdə müəyyən qrupların baxışlarına söykənərək verdiyi açıqlamalar hədəfini dəqiq göstərir və hakimiyyətlə kəskin ziddiyyətdə olan qüvvələrin yanında dayanmağa, onlara “stavka” etməyə çalışır. Halbuki Paşinyanın söylədiyi əsas məqam budur ki, siyasi sistem açıqdır, sosial şəbəkələr azaddır, seçki mexanizmi hamı üçün əlçatandır və hər bir vətəndaş öz iradəsini sərbəst ifadə edə bilir. Bunu şübhə altına alan hər hansı çıxış sadəcə siyasi ritorikadan ibarət olur.

Onun son müsahibədəki emosional davranışı da xüsusilə nəzərə çarpır. Bu davranış elə emosional təsir yaratmağa yönəlib. Koçaryan ölkədə hansısa qeyri-adi təzyiq mühiti olduğunu iddia edir, halbuki real mənzərə bunu təsdiqləmir. Siyasi yarışın əsas qaydaları məlumdur və yaxınlaşan seçkilər bu qaydaların tətbiqini bir daha göstərəcək.

Bütövlükdə, keçmiş prezidentin hər dəfə efirə çıxanda cəmiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş iddialar səsləndirməsi artıq təsadüfi təsir bağışlamır. Bu davranışın məqsədinin konstruktiv siyasət olmadığı aydın görünür. Koçaryan özünü yenidən siyasi meydanda qorumaq üçün real faktlara əsaslanmaq əvəzinə qarışıqlıq yaratmağa çalışır, seçicilərin narahatlıqlarını körükləmək yolu ilə gündəmdə qalmağa can atır. Məhz buna görə onun çıxışları polemika mədəniyyətinin deyil, daxili auditoriyaya hesablanmış populist ritorikanın nümunəsinə çevrilib.

Koçaryanın tez-tez səsləndirdiyi fərziyyələr və əsassız paralellər siyasi proseslərə kölgə salmaqdan başqa heç bir rol oynamır. Bu cür davranış demokratik mühitin inkişafı üçün deyil, əksinə, cəmiyyətin yenidən köhnə qorxu və qarşıdurma psixologiyasına qaytarılması üçün vasitəyə çevrilir. O, seçkilərə normal siyasi rəqabət kimi deyil, şəxsi revanşizm layihəsi kimi yanaşır. Bu isə onun siyasətdəki əsas motivasiyasının siyasi ambisiyaları olduğunu üzə çıxarır. Paşinyanın seçki prosesləri, siyasi azadlıqlar və demokratik mühit barədə açıqlaması fonunda Koçaryanın iddiaları daha da zəif görünür. Çünki bir tərəfdə faktlara söykənən izah var, digər tərəfdə isə sistematik şəkildə şübhə oyatmaq cəhdi. Bu, heç bir halda cəmiyyəti irəli aparmır. Əksinə, seçki kampaniyasının sağlam gedişinə mane ola biləcək yanlış təsəvvürlər yaradır. Nəticə etibarilə, Koçaryanın bu cür çıxışları nə siyasi mədəniyyətə, nə demokratik prosesə töhfə verir. Sadəcə, keçmişin kölgəsində qalmış bir siyasətçinin özünü gündəmə gətirmək cəhdidir. Ermənistanda seçkilərin taleyini artıq belə köhnəlmiş metodlar deyil, real faktlar və seçicinin rasionallığı müəyyən edir.

Səxavət HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Aprel 2026 23:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri