Köçəryan bu qadını qabağa verdi
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistan parlamentində "Hayastan" fraksiyasına yeni rəhbər seçilib.
Modern.az xəbər verir ki, Ermənistan parlamentində təmsil olunacaq müxalif "Hayastan" fraksiyasının rəhbəri Anna Qriqoryan olub.
Fraksiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, qərar blokun lideri, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın sədrliyi ilə keçirilən iclasda qəbul edilib.
Bildirilib ki, Anna Qriqoryan fraksiya rəhbəri, Artur Xaçatryan isə fraksiyanın katibi seçilib.
Xatırladaq ki, Ermənistan Mərkəzi Seçki Komissiyası yeni parlamentin deputatlarının siyahısını təsdiqləyib.
"Hayastan" fraksiyası yeni qanunverici orqanda 12 mandat qazanıb.
Fraksiyanın deputatları bunlardır: İşxan Saqatelyan, Anna Qriqoryan, Sevak Xaçatryan, Artur Xaçatryan, Kristine Vardanyan, Aqvan Vardanyan, Qeqam Manukyan, Aqnessa Hamoyan, Levon Köçəryan, Artur Sarkisyan, Lilit Qalstyan və Mesrop Manukyan.
Ermənistan parlamentinin yeni çağırışının ilk iclası avqustun 2-də keçiriləcək.
Baxış sayı:155
Bu xəbər 23 İyul 2026 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















