Icma.az
close
up
RU
“Köçəryan hakimiyyətə gəlsə, Azərbaycan onunla eyni masada oturmayacaq” HƏRBİ EKSPERT

“Köçəryan hakimiyyətə gəlsə, Azərbaycan onunla eyni masada oturmayacaq” HƏRBİ EKSPERT

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanın ikinci prezidenti Robert Köçəryan İrəvanda mətbuat konfransında bildirib ki, 8 avqustda Vaşinqtonda keçirilən görüşdən Ermənistan yalnız problemlər əldə edib.

O, əlavə edib ki, Azərbaycan bu görüşdən dəhliz hüququnu təmin edib, Qarabağ nizamlanması üzrə ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılmasına nail olub və ABŞ-ın Azərbaycana silah satışına qadağa qoyan 907-ci qətnamə ləğv olunub.

O, həmçinin Paşinyanın ABŞ-la əldə olunan razılaşmanı yalnız simvolik sənəd kimi qiymətləndirdiyini və hüquqi qüvvəsinin olmadığını bildirib:

“Paşinyan əmindir ki, bu marşrut ilk növbədə regiona sülh və sabitlik gətirəcək, Ermənistan isə böyük investisiyalar, iqtisadi və infrastruktur inkişafı və müasir texnologiyalar əldə edəcək”.

Koçaryan qeyd edib ki, layihə ilə bağlı yekun qərarlar qarşılıqlıq prinsipləri əsasında Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyü çərçivəsində qəbul ediləcək.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, seçkiqabağı kampaniyaya başlamaq üçün Ermənistanın keçmiş prezidenti, Xocalı qatili Robert Köçəryan Moskvadan müəyyən təlimatlar aldıqdan sonra aktiv şəkildə seçkiqabağı kampaniyasına başlayıb.

“O, əsas rəqibi Paşinyanın nüfuzuna xələl gətirmək üçün istənilən metodlardan istifadə etməyə çalışır. Bu metodlardan biri Paşinyanın imzaladığı sənədləri Ermənistanın əleyhinə kimi göstərmək və bunu geniş ictimaiyyətə çatdırmaqdır.

Vaşinqton razılaşmasında əsas qazanan tərəf Azərbaycandır, çünki Azərbaycan müharibədə qalib gəlib. Silahlı qüvvələrimizin və Ali Baş Komandamızın məqsədyönlü fəaliyyəti nəticəsində biz zəfər əldə etmişik. Bu qələbənin Azərbaycan xalqına verdiyi bir sıra dividentlər var. Onlardan biri də odur ki, Ermənistan ordusunu darmadağın edərək güc nisbətini xeyrimizə dəyişmişik.

Belə vəziyyətdə Ermənistanın Azərbaycanla bərabər hüquqlu sənədlər imzalamasına əsas varmı? Qalib ölkə ilə “ferarilər” ölkəsi arasında fərq aydındır. İmzalanan sənədlərdə Azərbaycanın üzərinə heç bir öhdəlik qoyulmayıb. əksinə, Ermənistanın üzərinə müəyyən öhdəliklər qoyulub və bu öhdəliklər mütləq yerinə yetiriləcək.

Bu məsələ Köçəryanı narahat edir, çünki biz bunların səbəblərini yaxşı bilirik. Ən azından ABŞ-ın vasitəçiliyi ilə sülh sazişi imzalanırsa, burada Donald Trampın rolunu danmaq olmaz. Əgər Nobel mükafatının verilməsi hər iki rəhbərlik tərəfindən məqbul sayılırsa, bu, qəbuledilən bir vəziyyətdir”.

O, qeyd edib ki, Köçəryan bu prosesdən ciddi narahatdır və ümumiyyətlə, bu məsələlərdə ona aid heç nə yoxdur.

“Digər vacib məsələ isə “907-ci düzəlişin” aradan qaldırılmasıdır. Bu, son dərəcə önəmli addım idi. Əgər Azərbaycan ABŞ-ın vasitəçiliyini qəbul edirsə, onda ABŞ da Azərbaycana münasibətlərini daha yüksək səviyyəyə qaldırmalı, mövcud məhdudiyyətləri aradan qaldırmalı idi. Bu, gözlənilən bir qərar idi.

ATƏT-in Minsk Qrupunun ləğv edilməsi isə Azərbaycanın müharibə başa çatandan sonra irəli sürdüyü təkliflərdən biri idi. Cənab Prezidentin də bu quruma münasibəti kifayət qədər sərt və mənfi idi. O, Minsk Qrupunun fəaliyyətini aşağılayıcı tərzdə qiymətləndirirdi.

Hətta bəzi, efirə getməyən çıxış hissələrində Prezident açıq şəkildə bildirmişdi ki, “mən sizi ölkəyə dəvət etməmişəm. Bu bəyanatdan sonra onlar artıq Azərbaycana səfər etmədilər. Yəqin ki, onlara aydın şəkildə başa salındı ki, artıq onlar Azərbaycanda arzuolunan şəxslər deyil.

Sülh sazişi ilə Ermənistanın qazandığı sıfır olub, mənfi olub — bu da bizim problem deyil. Bu, məhz Köçəryan-Sarkisyan komandasının Paşinyana qoyub getdiyi mirasın nəticəsidir. Nəticədə Ermənistan bu gün də itirməkdə davam edir. Düşünürəm ki, bu məsələləri başqa bir hakimiyyət də olsa, fərqli şəkildə qətiyyən həll edə bilməzdi. Bəlkə də bu məsələlərin ən yaxşı şəkildə həllinə nail ola bilən yeganə siyasi lider bu gün Paşinyandır.

Tutaq ki, Köçəryan hakimiyyətə gəlsə, Azərbaycan rəhbərliyi onunla ümumiyyətlə eyni masa arxasında oturmayacaq. Azərbaycan, Ermənistan hakimiyyətini diz çökdürənə qədər “dəmir yumruğu” onun başından əskik etməyəcək. Əgər buna şübhə edənlər varsa, buyursunlar Paşinyanı deyil, Köçəryanı seçsinlər — o zaman görəcəklər Ermənistanın vəziyyəti necə olacaq.

Ermənistanla o zaman qətiyyən danışıqlar aparılmayacaq. Çünki Azərbaycan dövləti bir terrorçu ilə, əli azərbaycanlı uşaqların qanına batmış bir qatil ilə danışıqlar masasına heç zaman oturmaz.
Bu gün Bakıda davam edən məhkəməyə baxsınlar, görsünlər ki, Azərbaycan qatillərlə və terrorçularla harada və necə davranır. Onların əksəriyyəti hazırda Bakıda yerləşən istintaq təcridxanasında həyatlarını davam etdirirlər”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Oktyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri