Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

5 ilə nələr dəyişdi? Fotolar

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

“Qoca sinyora”dan gələcək üçün böyük addım

Parlamentari: Köçəryan hakimiyyətə gəlsə, onu da itaətkar passiv revanşistə çevirəcəyik

Parlamentari: Köçəryan hakimiyyətə gəlsə, onu da itaətkar passiv revanşistə çevirəcəyik

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gərginlik Azərbaycanın birinci zərbəsinə qədər sürəcək


“Radikalların davranışını və Lavrovun Ermənistana səfərini keçid mərhələsində orta mövqenin tapılması kimi qiymətləndirmək olar"



Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyanın paytaxtı Tiranada Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü, sülh müqaviləsi ilə bağlı səslənən fikirlər İrəvanda revanşist qüvvələri, konkret Robert Köçəryanı hərəkətə keçirib. Ermənistanın ikinci prezidenti bir sıra mətbuat orqanlarını, maliyyələşdirdiyi KİV-ləri başına yığaraq sərsəm açıqlamalar verir. Xüsusən Ermənistan-Rusiya münasibətləri, Aİ ilə bağlı addımlar, Azərbaycanla sülh müqaviləsi üzrə çeynənmiş tezislərinə müraciət edir. Ekspertlərə görə, Köçəryanın birdən-birə aktivləşməsini bir sıra səbəblərlə izah etmək olar. Birincisi, Moskva Ermənistan üzrə kurator olaraq, Putinin daxili siyasi məsələlər üzrə rəhbəri S.Kiriyenkonu təyin edib. Bu təyinat isə Kremlin Ermənistana sırf forpost kimi baxışını, onu müstəqil dövlət hesab etmədiyini nümayiş etdirməklə yanaşı, Köçəryan kimi "5-ci kolon"un da aktivləşməsinə, yenidən hakimiyyətlə bağlı ümidlərinin yaranmasına səbəb olub. Elə bu ümidi Robertin müsahibəsini əsasən Rusiya ilə münasibətlər üzərində qurması da sübut edir. Bununla yanaşı, qeyd etmək yerinə düşər ki, son dövrlər erməni cəmiyyətində də sülh müqaviləsinə baxışın dəyişdiyi bir vaxtda eks-prezidentin sülh əleyhinə açıqlama verməsi anlaşılandır. Bu, həm də o fonda baş verir ki, Prezident İlham Əliyev Paşinyanla Tiranada görüşür. Parlamentin sədri Alen Simonyan isə yaxın vaxtlarda iki dövlət başçısının təkbətək görüşünün mümkünlüyü barədə açıqlama səsləndirir. Bu isə təbii ki, Köçəryanın Şimal ağalarının danışıqlarda iştirakının üstündən xətt çəkməklə yanaşı, imzalanacaq sülh müqaviləsində diktə etmək həvəsini də qursağında qoyur. Bu səbəbdən də yeganə çıxış yolu kimi imzalanacaq sülh müqaviləsi ilə bağlı əlindəki media resurslar vasitəsilə çaşdırıcı informasiya ötürmək, yerli ermənilər arasında sülh müqaviləsinə inamı sarsıtmaq dayanır. Bir neçə gün əvvəl bu Robertin oğlu Levon da Ermənistan parlamentində nifrət və türkofobiyaya görə dava salmağı bacarıb. Baş verənlər Levon və Robertin bir mərkəzdən əmr və təlimat almaları, azərbaycanlılara qarşı nifrət yaymaları barədə fikri daha da gücləndirir. Köçəryanın əsas vurğu etdiyi məqam Rusiya ilə strateji münasibətlərin bərpa edilməsinin vacibliyi ilə bağlı olub. Köçəryanın sözlərinə görə, Rusiya ilə strateji tərəfdaşlığı bərpa etmək və İran amilini də bura daxil etmək lazımdır. Eks prezident qeyd edib ki, Rusiyanı təcrid etməyə çalışanlar özlərini təcrid edirlər. Köçəryan Ermənistanın heç bir zaman müstəqil dövlət ola bilməyəcəyini anlayır və qəbul edir ki, Moskvanın alətinə çevrilmək onun üçün daha üstündür.


Millət vəkili Hikmət Babaoğlu Sherg.az-a açıqlamasında deyib ki, Ermənistanda Qarabağ klanının və radikalların aktivləşməsi birbaşa xarici faktorlarla, xüsusilə Rusiya ilə əlaqədardır. Deputat xatırladıb ki, may ayının 21-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri baş tutacaq: 


"Bu səfər Ermənistan-Rusiya münasibətlərində müəyyən korrektlərin olmasına gətirib çıxaracaq. Lavrovun səfərinə Rusiya tərəfi Ermənistanı öz orbitinə qaytarmaq vasitəsi kimi baxır. Ermənistan hakimiyyəti isə 2026-cı ildə keçiriləcək seçkilərdə Rusiyadan yenidən mümkün dəstəyi almaq istəyir. Niyyətlər fərqli olsa da, göründüyü kimi maraqlar ortaqdır. Başda Köçəryan olmaqla, revanşistlərin müsahibələri, radikalların aktivləşməsi, əslində, Lavrovun səfərinə və Rusiyaya dəstək kimi dəyərləndirilə bilər. Ermənistana əli güclənmiş şəkildə gələcək Lavrov Paşinyandan istədiklərini qopara bilər. Bu, situativ səbəbdir. Strateji səbəbə gəldikdə isə, əlbəttə ki, Rusiya artıq Cənubi Qafqazın iki ölkəsində - Azərbaycan və Gürcüstanda yoxdur. Yalnız tək ayaq üstə Ermənistanda mövcuddur. Təəssüf ki, tək ayaq üstündə uzun müddət durmaq olmaz. Rusiya ya Qafqazdan getməlidir, ya daha da güclənməlidir. Ona görə də Rusiyanın Ermənistanda güclənərək yenidən regiona təsir imkanları əldə etmək məqsədləri var. Bu kontekstdə istifadə edəcəyi ən yaxşı kart isə radikallıq kartıdır". 


Parlament üzvü vurğulayıb ki, 5 ildə müşahidə etdiyimiz bir tendensiya var:

 "Azərbaycanın dəmir yumruğu ən sərt radikalı passiv revanşistə çevirə bilir. Vaxtı ilə Paşinyan da "Qarabağ Ermənistandır və nöqtə" deyirdi. Sabah Köçəryan Ermənistanda hakimiyyətə gəlsə, onu da itaətkar passiv revanşistə çevirəcəyik. Məsələ bundadır. Revanşistlərin fəallaşması regiona müəyyən eskalasiya, gərginlik vəd edir. Amma bu gərginlik Azərbaycanın birinci zərbəsinə qədər sürəcək. Hazırda Rusiyanın daha radikal addımlar ataraq Ermənistanla bağlı son sözünü deməsinin vaxtı çatmayıb. Çünki hələ Yaxın Şərq, Şərqi Avropa və Rusiyanın şimalında çox vacib, daha strateji məsələlər var ki, onlar öz həllini gözləyir. Bu mənada radikalların davranışını və Lavrovun Ermənistana səfərini keçid mərhələsində orta mövqenin tapılması kimi qiymətləndirmək olar".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 May 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see412

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see277

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see266

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see169

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see155

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see152

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see152

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see141

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see141

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see141

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see133

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see131

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see131

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see131

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see125

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see124

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see124

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see121

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see120

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri