Köçəryan yenidən istintaqa aparıldı YENİLƏNİB
Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
Ermənistanın sabiq prezidenti Robert Köçəryan xəstəxanadan Antikorrupsiya Komitəsinə aparılıb.
Lent.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Qeyd edək ki, ötən gün saxlanılan Robert Köçəryan özünü pis hiss etdiyi üçün təcili yardım çağırılıb. Məlumata görə, Köçəryanda yüksək qan təzyiqi qeydə alınıb və o, əlavə müayinə üçün müvafiq tibb müəssisəsinə köçürülüb.
Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryana qarşı üç maddə üzrə cinayət işi açılıb. Baş prokuror Ermənistan Respublikasının ikinci Prezidenti Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması maddələri ilə bağlı ictimai cinayət təqibi başladıb.
***
25 avqust, saat: 13:30
Robert Köçəryan özünü pis hiss etdiyi üçün təcili yardım çağırılıb.
Lent.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Məlumata görə, Köçəryanda yüksək qan təzyiqi qeydə alınıb və o, əlavə müayinə üçün müvafiq tibb müəssisəsinə köçürülüb.
***
12:37
Robert Köçəryan xəstəxanaya yerləşdirilib.
Lent.az Ermənistan mediasına istinadla xəbər verir ki, Köçəryan təcili yardım maşınında MTX əməkdaşlarının müşayiəti ilə xəstəxanaya çatdırılıb.
Xatırladaq ki, Köçəryan və oğlu bu gün səhər saatlarında Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıblar. Komitənin açıqlamasına görə, Ermənistan Respublikası prezidenti vəzifəsini tutan şəxs, ona yaxın şəxslərlə əvvəlcədən razılaşdırılaraq, vəzifəsindən istifadə edərək, müxtəlif uydurma əsaslarla bazar qiymətlərindən xeyli aşağı qiymətlərlə bir sıra dövlət və iqtisadi əhəmiyyətli qiymətli əmlaklar əldə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 26 Avqust 2026 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















