Robert Köçəryan yenidən xəstəxanaya yerləşdirildi
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan məhkəmə iclası başlayandan təxminən yeddi saat sonra yenidən xəstəxanaya yerləşdirilib.
Redaktor.az xəbər verir ki, bu barədə “Yerevan Today” məlumat yayıb.
Robert Köçəryanın oğlu Levon Köçəryan məhkəmə binası qarşısında jurnalistlərə bildirib ki, həkimlər atasının məhkəmə zalında deyil, xəstəxanada qalmasını məqsədəuyğun hesab ediblər.
“Məhkəmə iclası davam edir. Həkimlər onun məhkəmə zalında deyil, xəstəxanada olmasını düzgün hesab ediblər. Vəkillər işi davam etdirəcəklər. Düşünürəm ki, məhkəmə səhər saatlarına qədər qərar verəcək”, – deyə Levon Köçəryan bildirib.
Qeyd edək ki, avqustun 25-də Köçəryanın ofisinin rəhbəri keçmiş prezidentin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin binasından xəstəxanaya yerləşdirildiyini açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 27 Avqust 2026 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















