Icma.az
close
up
RU
Köçkünlər getsələr, Bakıda torpaq bahalaşmayacaq... Yalançılara CAVAB

Köçkünlər getsələr, Bakıda torpaq bahalaşmayacaq... Yalançılara CAVAB

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dəfələrlə Bakı sakinləri ilə, və yaxud burda gəlib yaşayanlarla  sorgular aparanda da, sosial şəbəkələrdə "köçkün" mövzusunda müzakirələrdə iştirak edəndə də bir iddianın şahidi olurduq. Deyirdilər ki, köçkünlər yurd-yuvalarına dönsələr, Bakı ətrafında tikilən onlarla köçkün qəsəbələrdə yerli əhali yerləşdirilsə, Bakıda ev və mənzillərin qiyməti enəcək, üstəlik Bakı ərazisindəki torpaqlar da bahalı olmayacaq. Qiymətləri enəcək! 


Çox vaxt razılaşmırdım, mübahisə edirdim, dava salırdım,səbəbim də o idi ki, Azərbaycanda elə bir rayon , elə bir kənd , elə bir qəsəbə yoxdur ki, oranın əhalisi Bakıya axnaşmasın. Araşdırmalarımız da onu göstərir ki, respublikadakı kəndlərin 25 faizi tamamilə, 75 faizi isə qismən boşalıb. Azərbaycan böyük bir urbanizasiya(Urbanizasiya - kənd əhalisinin şəhərlərə köçərək şəhər əhalisinin sayının artması, şəhərlərin böyüməsi, şəhərlərin rolunun yüksəlməsi deməkdir.red-ƏR) problemin məngənəsində can verdiyini hamı görür. Belə olan halda tək səbəbkar "köçkünlərin" göstərilməsi, təbii ki düzgün deyil.

Deməli, 2025-ci il avqustun 1-nə olan məlumatına görə işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 17204 nəfərdən ibarət 4325 ailənin qayıdışı təmin edilib. Elə avqustun 1-dən üzü bəri də xeyli ailə Qarabağa yerləşdirilib.Məsələn, 11 avqustda Xocalı rayonunun Xanyurdu kəndinə 19 ailə (62 nəfər) yola salındı, avqustun 15-də Ağdərə rayonunun Kolatağ kəndində 89 nəfərdən ibarət 26 ailəyə mənzillərin açarları təqdim edildi.
avqustun 15-də 22 ailə, ümumilikdə 83 nəfər doğma Vəngli kəndinə qayıdıb, 22 avqustda Ağdamın Xıdırlı kəndinə 68 ailə - 252 nəfər qayıdıb. Uzun sözün qısası, Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 1150 nəfər tələbə də nəzərə alınmaqla işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 53739 nəfər təşkil edib.

Nəhayət, dünən eşitmişəm ki, son bir il ərzində torpağın 1 sotunun qiyməti 97 min manata yaxın artıb. Xəzər TV bildirib ki, söhbət paytaxtın Səbail rayonundan gedir. Qiymətləndiricilər Cəmiyyətinin hesablamalarına görə, torpaq sahələrində ən yüksək bahalaşma bu rayondadır:" Bu ərazidə torpağın 1 sotunun orta qiyməti son 1 ildə 29 faiz artaraq 431.743 manat olub. Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, digər yüksək artımlar həmçinin Yasamal rayonunda 26, Nəsimi rayonunda 21, Nizami rayonunda isə 19 faiz olaraq qeydə alınıb. O da qeyd olunub ki, bağ evlərinin yerləşdiyi rayonlar üzrə də 12 faiz qiymət artımı qeydə alınıb".
İndi həm sosial şəbəkələrdə, həm oturduqları, gəzdikləri məkanlarda mənasızca müzakirə açıb "torpaqların bahalaşması köçkünlər evlərinə dönəndən sonra dayanacaq" deyənlər cavab verin görək torpaqların bahalaşması niyə dayanmır?Torpaqların bahalaşmasında doğrudanmı yenə də köçkünlər "günahkar" bilinəcək?

Bəs o torpağın qiymətini qaldıran , kimə gəldi satan məmurlar heçmi günahkar deyil?

P.S. Yadıma "Bəyin oğurlanması" filmindən bir epizod  düşdü. Eldəniz Zeynalovözfəaliyyət ansamblını izləyərkən deyir ki, pis oynamırlar, amma bir az emosiya azdır, emosiya, emosiya!

Yaşar Nuriyev oynayanlara tərəf çönüb qışqırır: Adə bir az diri oynayın dəəəə... 

Elə o "diri" sözününün yerinə "dürüst " qoysaq fikir bitmiş olar...

Əntiqə Rəşid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://adalet.az
archiveBu xəbər 22 Avqust 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri