Icma.az
close
up
RU
Köçkünlüyə son!

Köçkünlüyə son!

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

18 dekabr- Beynəlxalq Köçkün Günüdür. Bu günün daşıdığı mənaya uyğun olaraq 30 ildən artıq məcburi qaçqın və köçkünlük həyatı yaşayan soydaşlarımızdan söhbət açmaya bilməzdik.

Artıq dövlətimiz məcburi köçkünlüyə son qoyub. Ölkəmizin minlərlə köçkününün hər biri öz ata-baba yurdunun azadlığını görüb, əksəriyyəti yurd-yuvasına qayıdıb. Böyük Qayıdış Proqramı davam edir. Yaxın gələcəklə onların hamısı doğma evlərinə qayıdacaq. Çünki daşı daş üstündə qalmayan Qarabağ və Şərqi Zəngəzurun əraziləri dövlətimiz tərəfindən yenidən qurulur.

1990-cı illərdən başlayaraq ermənilərin Azərbaycan torpaqlarında olan tamah dişi minlərlə soydaşımızın xoş gününü, səadətini didib-parçaladı. Onları doğma ata-baba yurdundan didərgin saldı. 126 yaşayış məntəqəsi zorla boşaldıldı. XX əsrin ən faciəli hadisələrindən biri törədildi - 6000 azərbaycanlının yaşadığı Xocalı şəhəri bir gecədə darmadağın edildi. Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olundu, Qarabağ, ətraf rayonlardan, həmçinin Ermənistanla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerindən məhrum olaraq respublikanın 62 şəhər və rayonunda məskunlaşdı. Hərbi təcavüz nəticəsində 20 min azərbaycanlı həlak oldu, 100 min nəfər yaralandı, 50 min insan müxtəlif dərəcəli xəsarət aldı. 1 milyon 200 mindən çox qaçqın, məcburi köçkünü oldu Vətənimizin...

2020-ci ilin 44 günlük İkinci Vətən müharibəsinin Zəfərlə bitməsi yurdundan məcburən qovulan və 30 ildən artıq köçkün, qaçqın həyatı yaşayan soydaşlarımızın üzünü güldürdü. Qəlbləri fərəhlə döyündü, qürur hissi yaşadılar. Çünki artıq bu statusu daşımayacaqdılar. Onlar müzəffər Ali Baş Komandanımızın və əzəmətli milli ordumuzun əyilməz zabit və əsgərlərinin hünər meydanında göstərdiyi qəhrəmanlıqla öz ata-baba torpaqlarının yenidən sahibi olmuşdular.

2023-cü ildə ilin sentyabr ayının 20-də birgünlük lokal xarakterli antiterror əməliyyatı ilə Xankəndi, Xocalı, Xocavənd kimi tarixi torpaqlarımız öz sahiblərinə qovuşdu. Mənfur erməninin Qarabağdan və Şərqi Zəngəzurdan birdəfəlik ayağı kəsildi.

18 dekabr-Beynəlxalq Köçkün günündə 30 ildən artıq qaçqınlıq həyatı yaşayan soydaşlarımızı yada saldıqca, onların 30 il yurdsuz, evsiz-eşiksiz yaşadıqlarını düşündükcə qəlibimiz yenidən düşmənə qarşı sonsuz nifrətlə dolur.

Qələbə qazansaq da, Zəfər bizim olsa da, lakin qaçqın-köçkünlərimizin 30 illik həyatını unutmaq olarmı? Bu torpaqlar uğrunda canından keçən şəhidlərimiz, sağlamlığından keçən qazilərimiz var. Onların hər birinin Qarabağımızın anası Azərbaycana qovuşmasında misilsiz qəhrəmanlığı olub.

Köçkünlük həyatı yaşayan soydaşlarımız tarixin bütün dövrlərində anılacaq. Çünki bizim köçkünlükdə yaşlaşan gənclərimiz oldu. Köçkünlükdə yurd həsrəti ilə dünyasını dəyişən ağbirçək, ağsaqqallarımız oldu. Evinin, həyətinin xəyalını qəlbinə gömən insanlar, uşaqlığı Qarabağda və Şərqi Zəngəzurda qalan, gəncliyi qaçqınlıqda keçən soydaşlarımız oldu.

Torpaqlarımız bu gün azaddır. Hər azad torpağımızda üçrəngli bayrağımız dalğalanır. Minlərlə insan artıq evindədir, qayıdıb, yaşayır. Digərləri isə qayıdacaq.

Lakin onların qaçqın, köçkün kimi 30 il ərzində nələr yaşadığı unudulmayacaq. Və qaçqınlıq, köçkünlüyü yaşayan xalq kimi bütün dünyada buna məcbur qalan insanlara böyük yanğı ilə yanaşırıq. Çünki onlar da bizim taleyimizin eynisini yaşayırlar.

Qoy bütün dünya ən yaxın gələcəkdə bu günü Köçkünsüz Dünya Günü kimi tarixin səhifəsinə yazsın. Son qoyulsun köçkünlüyə. Bir parça torpağı heç kim sahibinə çox görməsin. Axı insanlar müqəddəs torpaqlarına yaxından bağlıdır. Onlar torpaqsız-yurdsuz özlərini heç yerdə xoşbəxt hiss etmirlər. Görəsən dünya bunu anlayırmı?

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Dekabr 2024 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri