Icma.az
close
up
RU
Son uçuş...

Son uçuş...

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Dekabrın 25-dən bəri çoxları eyni hadisədən -  AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” tipli sərnişin təyyarəsinin  Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından danışır.  Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.

Dekabrın 26- sı ölkədə matəm günü idi. Hər kəs həlak olanların xatirəsini yad etdi. 

Təyyarə qəzasının səbəbləri ilə bağlı müxtəlif versiyalar var. Bir sıra məlumatlara görə, nəqliyyat vasitəsi Rusiyanın raketinə tuş gəlib. Hər halda araşdırmalar davam edir. İndi haqqında yazmaq istədiyim məsələ bu deyil. 

...Bu günə qədər təyyarəyə dəfələrlə minmişəm. Hər dəfə təyyarə yerə enəndə sərnişinlərin alqış səsi eşidilir. Bu, adətdir. Həm də pilotlara minnətdarlıqdır- sərnişinləri sağ - salamat çatdırdığına görə.

Sözügedən qəza mənə indiyədək heç vaxt ciddi yanaşmadığım həmin alqışların  əslində nə qədər önəmli və həm də həyati əhəmiyyətli olduğunu göstərdi.

Çünki bəzən səfər başa çatmır, təyyarə təhlükəsiz şəkildə yerə enmir, alqış səsləri eşidilmir. Eyni ilə dekabrın 25- də olduğu kimi.

Hadisə birdən- birə baş verməyib. Belə ki, Rusiyanın Qroznı şəhərinə uçan təyyarədə nasazlıq yaranıb. Sərnişinlərin sözlərinə görə partlayış səsi eşidilib. Bundan sonra pilotlar hərəkətə keçiblər. Mahaçqalada təyyarəni qəbul etməyiblər.

 Məsələni siyasi cəhətdən analiz edənlər deyirlər ki, nəqliyyat vasitəsinin dənizə düşməsində, beləliklə, izin itirilməsində maraqlı olanlar var idi. Amma pilotlar buna imkan verməyib. Onlar təyyarəni uzun müddət havada saxlamağa çalışıblar. Sona kimi mübarizə aparıblar. Bir çox ekspertin sözünə görə, pilotlar namümkünü bacarıblar. Əgər onların peşəkarlığı olmasa idi, qurban sayı daha çox ola bilərdi.

Partlayışdan sonra indiyə qədər hər şeyin yolunda olduğunu anlayan, səbrlə çatmaqlarını gözləyən sərnişinlərin duyğuları dəyişib. Demək olar, hər kəsdə narahatlıq yaranıb. Ölümlərini gözləyiblər...Möcüzə axtarıblar.

Həmin anlarda səsi bir neçə gündür qulağımdan getməyən təyyarə bələdçisi Hökumə Əliyeva ümid verib onlara: "Kəmərlərinizi bağlayın. Təlimata uyğun hərəkət edin. Hər şey yaxşı olacaq...".

 Hərçənd hamıdan yaxşı özü bilirdi ki, bu dəfə alınmayacaq: təyyarə sakitcə yerə enməyəcək və o, sərnişinlərin üzünə baxaraq təbəssümlə "yaxşı yol" deməyəcək. Buna baxmayaraq, gənc stüardessa həmin anlarda özünü yox, sərnişinləri düşündü. Maraqlıdır, görəsən, ağlından nə keçib? Kiməsə zəng etmək, səsini son dəfə eşitmək istəyibmi? Bəlkə də, hə.

Bəs görəsən, pilotlar- İqor Kşnayinlə Aleksandr Kalyaninov nə fikirləşiblər? Bir- birilərinə, təkidlə onların Bakıya qayıtmasına icazə verməyən dispetçerə nə deyiblər? Aralarında hansı dialoq olub? Bunu heç birimiz bilməyəcəyik. Eyni ilə hadisənin dəqiq motivi kimi.

Amma bu dəqiqdir ki, pilotlar səmada qalmaq üçün mübarizə aparanda həm də iz qoydular: təqdim olunan görüntülərdən məlum olur ki, onlar səmada sonsuzluq işarəsi çəkiblər. Sonsuza kimi unudulmayacaqsınız...

Əsl peşəsi pilotluq olan fransız yazıçısı Antuan de-sent Ekzüperi özünün "Balaca şahzadə" əsərində yazıb: Yəqin ulduzlar ona görə parıldayır ki, hər kəs əvvəl-axır özününkünü tapa bilsin". Görəsən, pilotlar və Hökumə xanım öz ulduzlarını tapa bildilər?

...Elə həmin gün bir nəfərlə açıq havada oturmuşdum. Qəfil qoluma toxunub səmanı göstərdi:

- Bax, gör, nə gözəldir...

Birrəng səmanın bir hissəsi açıq mavi idi. Doğrudan da, çox gözəl idi. Bəlkə də, son ana kimi insanları ümidsiz qoymayan pilotlarla stüardessaların ruhları idi səmanı gözəllişdirən. Ruhunuz şad olsun.


Kənan Novruzov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Dekabr 2024 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see429

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see299

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see299

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see294

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see228

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see214

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see212

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see205

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see166

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see164

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see164

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri