Icma.az
close
up
RU
Köhlən atlar indidən yoruldumu? Təkcə penalti epizoduna güvənmək...

Köhlən atlar indidən yoruldumu? Təkcə penalti epizoduna güvənmək...

Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan futbol klublarının Avrokubok yarışlarında uğurları davam edir.

Mia.az xəbər verir ki, “Qarabağ” Futbol Klubu (FK) səfərdə Şimali Makedoniyanın “Şkendiya” klubunu 1 qol fərqiylə məğlub edib.

Bu gün “Araz-Naxçıvan” FK ev oyunu keçirəcək. “Sabah” FK isə bu gün səfərdə rəqiblə ilk qarşılaşmaya çıxacaq. 

Klublarımıza əlbəttə ki, uğurlar.

Azərbaycan futbolu adına keçirilən bütün oyunlar qalibiyyətlə yekunlaşmasa da, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov demişkən, ən azından gözümüz Avropa meydançaları və klubları, böyük azarkeş ordusu və s. görür. Təcrübə yığırıq. 

“Qarabağ”ın təcrübəsi digər klublarımızdan daha çoxdu. Keçən il bütün cəhdləri boşa çıxsa da, bu il pis başlamayıb. Hərçənd, UEFA Çempionlar liqasının III təsnifat mərhələsi çərçivəsində “Şkendiya” ilə oyunu göstərdi ki, Ağdam klubunun Avropa macərası uzun sürməyə bilər. “Asta gedən çox gedər” prinsipinə söykənən “Qarabağ”un vurduğu qollar necə deyərlər,  “yağmasa da damlayır”a daha çox bənzəyir.

Halbuki, oyundan əvvəl rəqibi çox yaxşı analiz etmişdilər, bizə də tanıtdılar. Mən düşünürdüm ki, “Qarabağ” bu ətraflı analizdən sonra ən azı 2 qol vurar. Elə Avropa futbol mütəsəsisslərinin ilkin proqnozlarında da belə bir hesabın olacağına əminlik vardı. 

 “Şkendiya” da Ağdam klubu ilə oyuna psixoloji hazırlaşıb gəlmişdi.  Hələ oyundan əvvəl baş məşqçi hörmətlə demişdi ki, “Qarabağ”ı, onun taktikasını, üslubunu izləyiblər. Bəs “Qarabağ” nəyi öyrənmişdi? Cəmi bir qol fərqi yaratmaq cavab qarşılaşması üçün böyük riskdi. “Qarabağ”ın öz meydanında böyük hesabla uduzması keçmişi var, bunu unutmayaq. Toral Bayramovun penaltisini də şişirtməyə ehtiyac yoxdu. Bayramov qapının doqquzluğu əvəzinə “kosmos”a da top göndərə bilərdi. Bundan əvvəllərdə olduğu kimi. Təkcə penalti epizoduna güvənmək Avropa iddiası üçün çox yorğun yanaşma deyilmi sizcə? Halbuki, qol epizodları kifayət qədər vardı. Zubirin qeyri-dəqiqliyini, Nərimanın tərəddüdünü, Kadinin ərköyünlüyünü bir yerə yığanda heç Koxalski eləmir. 

Zubir niyə elə yorğundu, deyə soruşmaq istəyirəm Qurbanovdan. Yaşlandımı? Qapının qarşısında əlverişli vəziyyəti qola çevirməkçün Nərimana evmi alıb verək? Bəs aqressiv Kadi sarı vərəqədən sonra Bakıdakı cavab oyununda qırmızı alsa nə olacaq?

“Qarabağ” çox sönük, həvəssiz görünür indiki halda.  

Ən azı 3 real qol vəziyyəti vardı onlarçün. Rəqib meydanında həyəcana da bağlamaq olmur “Qarabağ”ın penaltili ovunmasını. Həmin gün heç stadionda elə böyük azarkeş coşğusu yox idi. 

Bizimkilərdən fərqli olaraq “Şkendiya” rəqibini sözdə yox, taktika olaraq yaxşı analiz eləmişdi. “Qarabağ”ın hücum komandası olduğunu yaxşı bilən “Şkendiya” bütün oyun boyunca qonaqları iynə üstündə saxladı: hakimin əlavə 6+1,5 dəqiqəsi belə onların aşkar hücum üstünlüyü ilə keçdi, “Qarabağ” son dəqiqələrdə sadəcə, hesabı qorudu. 

Q.Qurbanov son oyunlarda çox yorğun görünür.  Bəlkə də, həqiqətən yorulub: yayı demək olar ki, istirahət etməyiblər. Təlim-məşq toplantıları, yoxlama oyunları, bir tərəfdən Avropa oyunları. Qurbanov bu yay heç gedib hansısa məşhur klubun məşqlərini də izləmədi. Hər il ənənəvi olaraq gedirdi. Bu il daha çox ehtiyac vardı məncə. “Qarabağ”ın oynadığı rəqiblər artıq onun taktikasını və üslubunu çözüblər. Hətta transfer edəndə belə mütəxəssislər klubun hansı cinahda oyunçuya hesablanacağının proqnozunu dəqiq verə bilir. Qurbanov özü də istəyirdi komandasına hansısa taktiki fərqlilik gətirsin, bəzi yeniliklər tətbiq etsin. Amma görünür, buna vaxt yoxdu və baş məşqçinin keçən ilki uğursuz Avropa oyunları seriyasının təkrarlanması kimi qorxusu var indidən.

Q.Qurbanovun Azərbaycan klublarının hazırda davam edən Avrokubok oyunlarına diqqətini verməməsi də maraqlı gəlir adama. Bu il iki komandamız özünü uğurla irəli aparır. Ağdam təmsilçilərinə rəhbərlik edən baş məşqçi niyə onları izləmir, maraq göstərmir?

Deyək ki, “Sabah”la aralarında gözlə görünməyən çəkişmə, hətta deyərdim ki, antipatiya var. Sonuncu dəfə mən Qurbanovdan bizim komandaların Avrokubok oyunlarında iştirakına münasibətini soruşanda, “Sabah”la bağlı sualı açıq iqnor etdi. Digər klublara dair ümumi cümlələr işlətdi. Qurbanov qısqandımı? Nə bilim. Amma məncə, bu il digər klublarımızın Avropada “Qarabağ”dan bir addım öndə olacağını düşünmək pis fikir deyil.  

Qurbanovu 1 penalti qolu ilə təbrik etməyi mən də istəyirəm. Skopyedəki jurnalist kimi. Amma həmin jurnalist 1 qol fərqi ilə ölkəsinin komandasının böyük şans qazandığının sevinci ilə təbrik edir Qurbanovu, mənsə düşünürəm ki, Koxalskinin qəhrəmanlığına möhtac olan komandaya Bakıda, cavab görüşündə dualarımı əksik etməyim.

Skopyedəki jurnalisti Qurbanov Bakıya dəvət edib, yəqin sualından xoşnud qalıb, mənsə elə Bakıdayam və  “Qarabağ”ın bu səddi keçə bilməyəcəyi təqdirdə baş məşqçiyə suallarımı diqqətlə arıtlayıb verməyə məcburam ki, Qurbanov bundan sonra da Avropa təcrübəsini öyrənməyə davam eləsin. 

Zülfiyyə Mustafayeva
Mia.az 

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://mia.az
archiveBu xəbər 07 Avqust 2025 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri