Icma.az
close
up
RU
Köhnə avtobuslardan belə istifadə edə bilmirik Şuşa qəsəbəsinin sakinləri problemə üzləşib AzPolitika onlayn siyasiictimai qəzet

Köhnə avtobuslardan belə istifadə edə bilmirik Şuşa qəsəbəsinin sakinləri problemə üzləşib AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Sabunçu rayonunda yerləşən Şuşa qəsəbəsində avtobus problemi yaşanır.

"AzPolitika"-ya müraciət edən qəsəbə sakinləri 8-ci kilometr bazarından Şuşa qəsəbəsi və əks istiqamətdə hərəkət edən 214 nömrəli avtobusun fəaliyyətindən şikayətlənirlər.

Vətəndaşlar sözügedən avtobusların istismar müddətini başa vurduğunu bildirirlər. Həmçinin qəsəbədən keçən ikinci bir marşurut xəttinin olmamasından şikayətlənirlər.

"Avtobusların hamısı köhnədir və istismar müddətini başa vurub. Başqa bir problem isə odur ki, biz bu köhnə avtobuslardan belə istifadə edə bilmirik. Avtobus günün pik saatlarında, xüsusən də səhərlər dolu gəldiyindən minmək mümkün olmur. Avtobuslar arasında intervallar da böyükdür. Bəzən yarım saatdan artıq avtobus gözləməli oluruq. İnsanlar hər səhər mənzil başına çatmaq üçün əlavə ödəniş edərək taksi xidmətindən istifadə edirlər. Bu böyüklükdə qəsəbə cəmi bir marşurut xətti var. İkinci marşurut xətti açılsa bu qədər sıxlıq olmaq və problem də aradan qalxar", -deyə sakinlər bildiriblər.


Sözügedən problemlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov "AzPolitika"-ya açıqlamasında bildirib ki, 214 nömrəli marşrut üzrə 18 ortatutumlu avtobus 5-7 dəqiqə intervalla fəaliyyət göstərir: "Marşrut xətti üzrə günün pik saatlarında yollarda yaranan nəqliyyat sıxlığı bəzi hallarda hərəkət cədvəlinin pozulmasına səbəb olur. Daşıyıcıya marşrut xəttinin nizamlı fəaliyyəti, sərnişin tələbatı nəzərə alınaraq nəqliyyat vasitələrinin sayının artırılması və yenilənməsi barədə tapşırıq verilib".

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Dekabr 2024 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri