Icma.az
close
up
RU
Köhnə ilin uğurları, yeni ildə həllini gözləyən problemlər AzPolitika onlayn siyasiictimai qəzet

Köhnə ilin uğurları, yeni ildə həllini gözləyən problemlər AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nurəddin İSMAYIL

2024-cü ilin uğurlu layihələrindən biri Azərbaycanın ev sahibliyini etdiyi BMT-nin Çərçivə Konvensyasının Tərəflər Konfransının 29-cu sesiyası oldu. İqlim dəyişiklikləri ilə bağlı qlobal çağırışların müzakirə olunduğu bu sessiya, Azərbaycanın beynəlxalq aləmdə statusunun, nüfuz dairəsinin möhkəmlənməsinə xidmət etməklə yanaşı, onun dövlətlər sırasında önəmli iqtisadi rolunun, siyasi etibarlılıq dərəcəsinin də artmasına səbəb oldu.

2024-cü il həm də türk xalqlarının birliyinin təcəssümü olan Türk Dövlətləri Təşkilatının etno-mədəni, iqtisadi güc, siyasi faktor olaraq dünya arenasında öz varlığını təsdiq etməsi, xalqlarımız arasında ünsiyyətə çevriləcək vahid türk əlifbasının yaradılması, iqtisadi, mədəni, siyasi əlaqlərin yeni inkişaf sferasına daxil olması kimi yadda qaldı.

Azərbaycanın BRİCS ölkələri ilə qurulan dialoq və əməkdaşlığı məhz 2024-cü ildə öz bəhrəsini vermiş və ölkəmiz Qahirədə keçirilən D8 İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində yekdilliklə bu təşkilatın üzvlüyünə seçilmişdir. Dünya müsəlmanlarının 60 faizini özündə birləşdirən, 4 trilyon dollar ÜDM-ə malik, iqtisadi cəhətdən qüdrətli bir təşkilata üzvlük, əlbəttə, Azərbaycanın iqtisadi gücünün inkişafı üçün yeni imkanlar yaradacaq.

Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin bağlanmasına nail olunmasa da, delimitasiya, demarkasiya işlərində müəyyən irəliləyişlərin olması, Qazax rayonuna aid işğal altında olan bir neçə kəndimizin hərbi qarşıdurma olmadan geri qaytarılması, il ərzində sülh danışıqlarının vasitəçilik formatından uzaqlaşaraq ikili qaydada keçirilməsi 44 günlük İkinci Qarabağ savaşından sonra başlanan uğurlu prosesin davamı kimi qiymətləndirilməlidir.

Qardaş Türkiyə ilə müttəfiqlik əlaqələrinin durmadan inkişaf etdirilməsi, xarici siyasətin bir çox prioritetləri üzrə beynəlxalq arenada eyni platformadan mövqe nümatiş etdirilməsi, hərbi, siyasi, iqtisadi əməkdaşlığın dönməz xarakter alması, türk dövlətlərinin bir araya gəlməsində, Turan ideyasının gerçəkləşməsi istiqamətində Azərbaycanın xüsusi çəkisinin artması 2024-cü ilin müşahidə olunan uğurlarından xəbər verir.

2024-cü ili həm də qonşu İranla bağlı siyasətdə göstərilən təmkin, ehtiyatlı davranma, bu dövlətin ölkəmizə qarşı xoş niyyətdən xəbər verməyən gizli ya aşkar addımlarını önləmə ili kimi xarakterizə etmək olar. Azərbaycan bu müddət ərzində məzhəbçi molla zehniyyətinin ölkəmizdə apardığı gizli kəşfiyyat işlərinin, yerləşdirdiyi casus şəbəkəsi ilə törətmək istədiyi təxribatların qarşısını almağı nəinki bacardı, həmçinin bu dövlətlə yaranan gərginliklərin aradan qaldırılması, münasibətlərin dinc resurslar üzrə davam etdirilməsi üçün öz töhfəsini verdi.

2024-cü il Azərbaycanın bir sıra Qərb dövlətlərinin, xüsusilə Makron hakimiyyətinin əsirinə çevrilən Fransanın, erməni lobbisinin danışan dili Bayden administrasiasının qərəzli hücumlarına məruz qaldığı, lakin bu hücumları da cəsarətlə dəf edə bildiyi il oldu. Biz il boyu Fransa yönətiminin Azərbaycana qarşı təzyiqlərinin, boykot siyasətinin, erməni sevgisindən köklənən qaralama kampaniyasının davamlı xarakter aldığını görməklə, dövlət başçısı İ.Əliyevin Fransanın dünənki müstəmləkə tarixininin, bugünkü anti-türk, anti-müsəlman siyasətini bütün beynəlxalq platformalarda ifşa etdiyinin şahidi olduq. 2024-cü ildə ABŞ ilə yaranan gərginliklər ürək açan olmasa da, bu gərginliyin müəllifi Azərbaycan deyil, erməni lobbisinin sözçüsü Bayden administrasiyası oldu. Ümid edək ki, D.Trampın öz səlahiyyətlərini həyata keçirmə dövründən sonra dövlətlərimiz arasında 30 il öncə başlayan diplomatik, dinc, faydalı, qarşılıqlı əməkdaşlığa söykənən münasibətlər əvvəllər olduğu kim davam edəcək.

2024-cü il xarici siyasət sahəsində əldə edilən uğurların ölkəmizin beynəlxalq çəkisinin, iqtisadi gücünün, strateji mövqeyinin güclənməsinə xidmət edən faktor olduğunu qeyd etməklə, sosial-iqtisadi siyasətdə, insan hüquq və azadlıqları sahəsində geriləmələrin də şahidi olduq. Korrrupsiya, rüşvətxorluq, monopoliya kimi bəlaların gətirdiyi fəsadlar, kəskin bahalaşma, yaşayış minimumunun yetərli olmaması, əhalinin sosial-iqtisadi vəziyyətinin dünya standartlarından müqayisə olunmayacaq dərəcədə aşağı olması göz qabağında.

İnsan hüquq və azadlıqları, söz, mətbuat sahəsində məhdudiyyətlərin davam etməsi, siyasi məhbus probleminin gündəmdə qalması, siyasi müxalifətin seçkilərdən, idarəetmədən kənarda saxlanılması, parlamentin, məhkəmə sisteminin hakimiyyət bölgüsündəki rolunun kiçildilməsi, siyasi müxalif partiyaların cəmiyyətdəki rolunun əhəmiyyətli dərəcədə aşağı düşməsi 2025-ci ilin öhdəliyinə düşən məsələlərdir və hakimiyyət bu neqativlərin aradan qaldırılması üçün səylərini artırmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Yanvar 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri