Icma.az
close
up
RU
Köhnə avtomobillər niyə utilizasiyaya verilmir? Ekspert AÇIQLADI

Köhnə avtomobillər niyə utilizasiyaya verilmir? Ekspert AÇIQLADI

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hazırda ölkə yollarında istismar müddətini başa vurmuş minlərlə avtomobil hərəkətdədir. Texniki baxımdan köhnəlmiş, kuzovu paslanmış, təhlükəsizlik yastığı olmayan, əyləc sistemi nasaz vəziyyətdə olan bu nəqliyyat vasitələri həm sürücülər, həm də digər hərəkət iştirakçıları üçün risk yaradır.

Milli.Az xəbər verir ki, dövlət tərəfindən belə avtomobillərin dövriyyədən çıxarılması məqsədilə utilizasiya proqramı həyata keçirilir. Bununla belə, bəzi vətəndaşlar köhnə maşınlarını təhvil verməyə tələsmirlər. Sürücülər bildirirlər ki, proqram çərçivəsində təklif olunan 1200-1500 manat məbləğ onları qane etmir. Onların sözlərinə görə, bu vəsaitlə yeni avtomobil almaq demək olar ki, mümkün deyil.

2024-cü ilin 15 oktyabr tarixindən icrasına start verilən proqram çərçivəsində indiyədək 20 mindən artıq avtomobil utilizasiyaya təqdim olunub.

"Təmiz Şəhər" ASC-nin şöbə müdiri Mirzə Laçınovun sözlərinə görə, xüsusilə 2026-cı ilin əvvəlindən müraciətlərin sayında artım müşahidə edilir və hazırda gündəlik 100-dən çox müraciət daxil olur.

Rəqəmlər əvvəlki illərlə müqayisədə artım göstərsə də, mütəxəssislər bunun kifayət etmədiyini düşünürlər.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının fikrincə, utilizasiyaya verilən avtomobillərin böyük hissəsi artıq uzun müddətdir istifadə olunmayan, bağ və ya ucqar ərazilərdə qalmış nəqliyyat vasitələridir. Digər bir qrup isə ümumi istifadədə olan yollara nadir hallarda çıxarılan, əsasən qeyri-rəsmi fəaliyyətlərdə istifadə edilən köhnə maşınlardır.

Ekspert hesab edir ki, əsas problem hələ də gündəlik olaraq yollarda hərəkət edən yararsız avtomobillərin prosesə cəlb olunmamasıdır. Onun fikrincə, bu sürücüləri stimullaşdırmaq üçün əlavə mexanizmlərə ehtiyac var və mövcud şəraitdə bunun qısa müddətdə reallaşması çətin görünür. 

Asya
Milli.Az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Fevral 2026 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri