Icma.az
close
up
RU
“Köhnə çamadanlar”ın Ankara premyerası oldu

“Köhnə çamadanlar”ın Ankara premyerası oldu

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, 8 noyabr – Zəfər günü münasibətilə Birinci və İkinci Qarabağ müharibəsindən bəhs edən “Köhnə çamadanlar” filmi Türkiyədə nümayiş olunub.
Missiya.Az xəbər verir ki, noyabrın 6-da “CSO Ada”- Ankaranın Mərkəzi Tarixi Salonunda filmin Türkiyə qalası baş tutub.
“Qadın, sülh, zəfər” adı altında keçirilən və ölkəmizin Qarabağ zəfərini ehtiva edən zəngin proqramlı tədbirdə türkiyəli fırça ustalarının rəsm əsərləri də sərgilənib.
Tədbirin rəsmi hissəsi Türkiyə və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükut və hər iki ölkənin milli himnlərinin səsləndirilməsi ilə başlayıb.
Türkiyənin dövlət və parlament təmsilçiləri, sənət, mədəniyyyət xadimləri, eləcə də orada fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri iştirak etdiyi mərasimdə  “Köhnə çamadanlar” filmi haqqında geniş məlumat verilib.
Bildirildi ki, Birinci və İkinci Qarabağ müharibəsi həqiqətlərini real qəhrəmanların xatirələri əsasında ekrana gətirən film müharibədən, Zəfərdən sonra qısa zamanda (2021) istehsal olunub və geniş tamaşaçı auditoriyasının ixtiyarına verilib.
Ekran əsəri Azərbaycanda 4 dəfə premyera edərək paytaxt Bakıda, Naxçıvanda və Şamaxıda izləyicisi ilə görüşüb.
Vurğulanıb ki,  müharibə və qadın mövzusuna özünəməxsus baxış sərgiləyən, Xocalı soyqırımına, ümumilikdə savaşın ağrı-acısına kinematoqrafik təsvir verən “Köhnə çamadanlar” tammetrajlı bədii filminin quruluşçu rejissoru Saida Haqverdiyeva, ssenari müəllifi Sevda Sultanova, görüntü rejissoru Şahmar Səfəroğlu, montaj rejissoru Rza Almasi Pərqu, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə, baş prodüseri Pərvinə İsmayılova, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədov, redaktoru Həmidə Rüstəmovadır.
Çıxışçılar bu filmin Qarabağ mübarizəsinin zəfər rəmzinə çevrildiyini, müharibəyə məcburən cəlb edilmiş sülhsevər Azərbaycan xalqının, onun qadın və uşaqlarının, əslində, dinc insanlarının savaşın ağır sınaqları qarşısındakı mətanətlə mübarizəsinin kinematoqrafik fadəsi olduğunu dedilər, filmin rejissoru S. Haqverdiyevaya, onun  ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini bildirdilər.
Gecənin sonunda ekran işinin yaradıcı heyətinin bir qrupuna təşkilatçılar tərəfindən plaketlər təqdim olunub.
Nümayiş Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Gözəl Sənətlər Baş İdarəsi, Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin, AHİD – Ankaralılar Dərnəyi, eləcə də  Altındağ Bələdiyyəsi, “Qazi” Universiteti, Türkiyədəki  Dünya Qadınlar Birliyi, “Çinar” Qadınlar təşkilatı, “Port Baku”, “Kraton clinik” və digər təşkilatların dəstəyi ilə reallaşıb.
Leyla SƏMƏNDƏR
Missiya.Az

 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://missiya.az
archiveBu xəbər 08 Noyabr 2024 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri