Icma.az
close
up
RU
Köhnə noutbukda nə qədər qızıl var? Onu sökməyə dəyərmi?

Köhnə noutbukda nə qədər qızıl var? Onu sökməyə dəyərmi?

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Yayılmış miflərə baxmayaraq, köhnə texnikanı söküb varlanmaq demək olar ki, mümkün deyil. Bir çox istifadəçi hesab edir ki, köhnə noutbuklar və kompüterlər əsl “qızıl yatağı” ola bilər. İnternetdə tez-tez köhnə texnikadan qiymətli metalları necə çıxarmaq barədə məsləhətlər paylaşılır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, cihazlarda həqiqətən qızıl var, amma onun miqdarı çox azdır.

Mütəxəssislərin qiymətləndirməsinə görə, orta hesabla köhnə bir noutbukda təxminən 0,1 qram, masaüstü kompüterlərdə isə 0,2 qram qızıl olur. Mövcud qızıl qiymətləri ilə bu, bir cihazdakı qızılın cəmi bir neçə dollar dəyərində olması deməkdir.

Qızıl elektronika sahəsində özünəməxsus xüsusiyyətlərinə görə istifadə olunur. O, elektrik cərəyanını çox yaxşı keçirir və demək olar ki, korroziyaya uğramır. Buna görə də çap lövhələrində, konnektorlarda, kontaktlarda və mikrosxemlərdə tətbiq olunur. Bu da cihazların uzun illər stabil işləməsini təmin edir. Lakin qızıl bütöv hissələr şəklində deyil, çox nazik örtük və ya mikroskopik qatlar formasında olur ki, bu da onun çıxarılmasını olduqca çətin və zəhmətli edir. Ekspertlər vurğulayırlar ki, ev şəraitində bu prosesi həyata keçirmək praktiki olaraq mənasızdır, sənaye miqyasında isə xüsusi avadanlıq tələb olunur.

10 illik noutbuku nə etmək olar?

Qızıl çıxarmaq ev şəraitində sərfəli olmasa da, elektronikanın təkrar emalı vacib sahə olaraq qalır. Köhnə noutbuklarda yalnız qiymətli deyil, həm də nadir torpaq metalları mövcuddur və onları yenidən istifadə etmək mümkündür.

Sənaye miqyasında təkrar emal iqtisadi baxımdan daha məntiqli olur: şirkətlər minlərlə ton elektron tullantını emal edərək həm qiymətli materialları əldə edir, həm də ətraf mühitə düşən yükü azaldır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:277
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 Mart 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri