Icma.az
close
up
RU
Köhnə noutbukda Windowsu sürətləndirməyin 10 yolu

Köhnə noutbukda Windowsu sürətləndirməyin 10 yolu

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Windows sistemli noutbuk əvvəlki kimi sürətli işləmirsə, sadə əməliyyatlarda belə fikirləşirsə, bu, hələ cihazı dəyişmək üçün səbəb deyil. Bir çox halda yeni kompüter almağa ehtiyac qalmır, sadəcə sistemi düzgün “təmizləmək” və lazımsız prosesləri azaltmaq kifayətdir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, doğru parametrlər və kiçik optimizasiya addımları yaşlı kompüterin performansını xeyli yaxşılaşdıra bilər.

1. Virus yoxlanışı aparın

Zərərli proqramlar, xüsusilə gizli maynerlər və reklam modulları kompüteri ciddi şəkildə yavaşlada bilər. Microsoft Defender və ya etibarlı antivirus vasitəsilə tam sistem skanı edin.

2. Lazımsız proqramları silin

Bir çox noutbukda əvvəlcədən quraşdırılmış tətbiqlər olur və onların bir hissəsi istifadə olunmasa da fon rejimində işləyir. İllər ərzində isə “müvəqqəti” yüklənmiş proqramlar da sistemdə qalır. Bu proqramları silmək həm yaddaşı boşaldır, həm də sürəti artırır.

3. Avtoyükləməni yoxlayın

Windows açılan kimi çoxlu proqramın işə düşməsi həm sistemin gec yüklənməsinə, həm də prosessor və RAM üzərində əlavə yükə səbəb olur. “Task Manager” (Tapşırıq meneceri) bölməsindən lazımsız avtoyükləmə proqramlarını söndürmək kifayət edir, fərqi ilk restartdan sonra hiss edəcəksiniz.

4. OneDrive-ı söndürün və ya məhdudlaşdırın

Bulud sinxronizasiyası hamıya lazım olmur. OneDrive istifadə etmirsinizsə, onu silə bilərsiniz. Lazımdırsa, aktiv işlədiyiniz vaxtlarda sinxronizasiyanı müvəqqəti dayandırmaq fon yükünü azaldacaq.

5. Enerji rejimini düzgün seçin

Maksimum sürət üçün “Yüksək performans” rejimi seçilə bilər. Amma bəzi AMD Ryzen prosessorlu noutbuklarda “Balanslaşdırılmış” rejim daha yaxşı işləyir, çünki sistem həmin arxitektura üçün daha optimal qurulub.

6. Diskdə yer boşaldın

Yaddaş dolduqca Windows daha yavaş işləməyə başlayır. Bu həm HDD, həm də SSD üçün keçərlidir. Diskdə ən azı 15–20% boş yer saxlamaq tövsiyə olunur.

7. Sistem və sürücü yeniləmələrini quraşdırın

Yeniləmələr tez-tez səhv düzəlişləri və optimizasiya paketləri gətirir. Əgər update-lər söndürülübsə, aktivləşdirin və əl ilə yoxlayın.

8. Vizual effektləri azaldın

Animasiya və şəffaflıq interfeysi gözəlləşdirsə də, zəif cihazlarda sistemi ağırlaşdıra bilər. Vizual effektləri söndürmək Windows-u daha çevik və sürətli edəcək.

9. Açıq proqramlara nəzarət edin

Çoxlu açıq pəncərə, brauzerdə saysız tab ən gizli “yavaşlama səbəbləri”ndən biridir. İstifadə etməsəniz belə, onlar resurs sərf edir. Panel və tray nə qədər “təmiz” olsa, sistem bir o qədər rahat işləyəcək.

10. Noutbuku tam söndürməyi vərdiş edin

Qapağı bağlamaq çox vaxt cihazı söndürmür, sadəcə “sleep” rejiminə keçirir. Bu da zamanla xırda sistem xətalarının yığılmasına və yavaşlamaya səbəb ola bilər. Müəyyən aralıqlarla noutbuku tam söndürmək sistemi düzgün şəkildə yeniləyir və stabilliyi artırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Yanvar 2026 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri