Icma.az
close
up
RU
Köhnə yeni tendensiya: “Elmi dərəcə istəyirsənsə, sifariş et, gətirsinlər”

Köhnə yeni tendensiya: “Elmi dərəcə istəyirsənsə, sifariş et, gətirsinlər”

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda elmi dərəcə almaq üçün alimlər bir vaxtlar demək olar ki, bütün ömrünü sərf edərdilər. 

Uzun illər elmi axtarışların nəticəsində bu adlara yiyələnirdilər. Aali məktəbi bitirdikdən sonra aspirantura və doktorantura mərhələsindən keçmək gələcəyin alimləri üçün vacib idi.

Son illər isə ölkəmizdə ali təhsil müəssisələrində mütəxəssis hazırlığı üç pilləlidir ki, magistratura təhsili bu pillənin ikincisini təşkil edir. Magistratura təhsil pilləsində ixtisaslaşmalar üzrə elmi-tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malik olan ali təhsilli mütəxəssis hazırlanır. 

Magistratura təhsili magistr dissertasiya işinin müdafiəsi ilə başa çatır və həmin dissertasiyanı müvəffəqiyyətlə müdafiə etmiş məzunlara magistr ali elmi-ixtisas dərəcəsi verilir. Ancaq hazırda nəinki elmi dərəcə, hətta magistr elmi-ixtisas dərəcəsi ilə bağlı sosial şəbəkələrdə reklamlar yayılır. Açıq şəkildə təklif edilən bu yazı işləri ilə bağlı nəzarət tətbiq edilmi? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, artıq sosial şəbəkələrdə magistr, namizədlik, doktorluq işləri yazanların ciddi reklamı gedir: 

“Elmi dərəcə istəyirsənsə, yazmaq lazım deyil, sifariş et, gətirsinlər. “Kuryer” xidmətinə də ehtiyac yoxdur, e_mailinə göndərirlər. Hətta bəzi reklamlar var ki, müdafiəyə qədər müşayiət xidməti də daxildir. Yəni sən sadəcə geyinib gedirsən, oturub müdafiə edirsən. Universitetlər də deyir ki, bizdə antiplagiat sistemi var! Olmasına, bu, hamsında var. 

Amma nə sirrdirsə, o sistem hələ bir nəfərin işini saxta çıxarmayıb. Görəsən, sistem çox səxavətlidir, yoxsa saxtakarlar çox “intellektual”? 

Əvvəllər elmi iş yazmaq üçün illərlə araşdırma aparırdılar, indi isə hər şey ovcunun içindədi. Bütün hallarda bu cinayətdir və onu geniş təbliğ etmək, istiqamətləndirmək, böyük reklam çarxları hazırlamaq, telefon nömrələrini açıq şəkildə göstərmək, bir növ plagiat işidir. 

Yəni alim adını alacaq, yaxud magistr, doktorant dərəcəsi alacaq bir şəxsə bəribaşdan təklif edir ki, gəl bunu sənin üçün saxtalaşdırım. Bütün hallarda elm camiəsi, rəsmi dövlət qurumları bir SOS siqnalı çalmalıdırlar. Əvvəl-axır bunu dayandırmalıdırlar”. 

Qəribə odur ki, artıq İrandan, Türkiyədən çox sayda insanlar var ki, gəlib burada çox asanlıqla elmi dərəcələr alırlar:

“Həmin şəraiti yaradanlar da bu barədə reklam verən şəxslərdir. Bu, həm də ölkə adına təhlükə yaradır ki, Azərbaycanda elmi ad almaq hətta əcnəbilər üçün belə, bu qədər “asandır”. Fikrimcə, bu qarşısı alınası vacib bir məsələdir”.Ekspertin sözlərinə görə, plagiat olan yerdə yeni elmi kəşflər mümkün deyil: 

“Uiniversitetlərdə antiplagiat sistem var. Əslində bu odur ki, müəllimlər elm iş yazmalıdırlar. Bunun üçün xüsusi proqramlar var və həmin proqramlarda məqalələrin plagiat olub-olmaması ilə bağlı arayış götürməlidirlər. 

Ancaq müdafiə ərəfəsində heç bir sənədin geri qayıtdığını eşitmədik. Qəbul olunan yüzdə yüz nəticələr var. Tək-tək universitetlərdə magistrlar üçün müdafiə zamanı gecikmə halları olur.

Ancaq ümumilikdə qəbul olunan magistrlərin hamısı da bitirirlər. Bizim ölkədən gedib xaricdə təhsil alıb, müdafiə edənlər çox böyük çətinliklə bu yolu keçə bilirlər. Belə ki, orada xüsusi normativlər tələb olunur, daha sonra müdafiəyə buraxılır. 

Bizdə hətta təklif edirlər ki, biz sizi müdafiə masasına qədər müşayiət edirik. Orada da məruzəni hazırlayıb əlinə verir ki, çıx, bu cür məruzə et, diplomunu müdafiə elə. 

Azərbaycanda elmi dərəcənin alınması ilə bağlı Ali Attestasiya Komissiyası var, ancaq fəlsəfə və  elmlər doktorlarının işi oradan keçir. Milli Məclis hazırda müzakirə edir, deyəsən, elmlər doktorunun müdafiəsi sıradan çıxacaq, yalnız bir müdafiə - fəlsəfə doktoru olacaq. Magistrlərlə bağlı müdafiə ancaq universitetlərin özlərindədir. 

Fəlsəfə doktoru adı almaq o qədər də asan olmayıb. Belə təşəbbüslər var ki, asanlaşmalıdır. Ona görə də elm sahəsinə gedən insanların sayı azdır. Çünki həm motivasiya yoxdur, həm də bürokratik əngəllər çoxdur. Bu baxımdan, ali təhsil ocaqlarında tədrislə məşğul olanların yaşı 60-70 yaşın üzərindədir. Alimlərlə bağlı gözləntilər var. Ancaq bünövrə qüsurlu qurulur. Ona görə də özünü doğrultmur”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Elmi dərəcə Məzahir Məmmədli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Oktyabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri