Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Köhnəlmiş yeni mübahisə

Köhnəlmiş yeni mübahisə

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Bir mübahisə yenidən açılıb: qadın evdə oturmalıdır, ya yox?!Biri deyir, qadın işləməsin, otursun evdə uşağa baxsın, o biri deyir, yox, qadın çalışmalıdır (evdə də, işdə də, bir sözlə, hər yerdə).

Mən çoxdan belə bir fikir yazmışdım: "Qadınsız ev - evdir. Amma ocaq deyil".

Ancaq bu, o demək deyil ki, evi ocaq edə biləni evə qapamalıyıq!

Mərhum "dəmir ledi" Marqaret Tetçer deyirdi: "Ev - qadının həyatının mərkəzi olmalıdır, ancaq sərhəddi olmamalıdır".

Doğru deyib, elə deyilmi?!

Bəli, ev - qadının həyatının mərkəzidir. Ancaq bu, mərkəzdən qıraqdakı həyatı yasaqlamır axı.

Qadın işləməlidir, ya işləməməlidir, kimə nə?! Hər kəsin öz şəxsi həyatını, öz karyerasını qurmaq azadlığı var. Seçim haqqı var. Kişi olsun, ya qadın, özü bilər, harda işləyər, ailə təsərrüfatını necə idarə edər...

Nə işiniz var qadınlarla?! Başınıza iş qəhət olub?!

Cəmiyyətin yarısından çoxu qadınlardır, xəbəriniz var bu statistikadan?!

Belə çıxır, cəmiyyətin yarısından çoxunu qapadırıq evə: otursun, uşağa baxsın, yerdə qalanlar da işləsin, çörək qazansın.

Əvvəla, onu deyim: indiki ağır şərtlərdə bir ailənin bütün yetkin fərdləri işləyir, yenə də dolanmaq olmur, kişi təkbaşına işləyib doqquzu dörd edəcək?! Bəlkə "ağzı ilə quş tutan" tək-tük kişilər var, onu deyə bilmərəm. İkincisi, elə işlər, elə ixtisaslar var, orda daha çox QADIN GÜCÜ lazımdır. Hələ elə işlər, elə sənətlər var, kişilər yan qaçır. Amma təsəvvür edin: kişi o işdə özü çalışmır, qadını da çalışmağa qoymasa, necə olar vəziyyət?!

Dəyməyin, kim işləyir-işləsin, kimə harda xoşdur, kim harda gərəklidir və uğurludur, orda işləsin. Ya da işləmək istəmir, işləməsin. Buraxın, qadın seçimini özü eləsin. Kömək edə bilirsinizsə, edin, kömək edə bilmirsinizsə, mane olmayın.

Kömək etmək demişkən, uşağa baxmaqdırsa, bu da tək bir adamın üzərində deyil ki! Uşağı böyütməklə bütün böyüklər məşğuldur (tək ana yox, elə ata da, varsa, baba da, nənə də). Tərbiyə vermək də eyni cür.

Hə, ana ilə körpə, uşaq arasında ayrıca bir energetik bağ var, başqa məsələ. O bağ heç vaxt qırılmır ki!

Yadımdadır, məşhur bəstəkar Xəyyam Mirzəzadədən müsahibə almışdıq, adamın yetmiş yaşı vardı, hələ də hərdən anasının bişirdiyi kotleti yemək istəyirdi. İnsan hansı yaşda olur-olsun, anasına həmişə ehtiyacı var; təkcə böyümək üçün yox, həm də... uşaq qalmaq üçün. İnsana öz körpəliyini və uşaqlığını anadan daha yaxşı xatırladan və təkrar-təkrar yaşadan kim var?! Ananın işləməsi, yaxud işləməməsi, məncə, buna mane olmur.

İşləməyən ana daha yaxşı anadır, işləyən ana yox?! Belə düşünmək doğru deyil axı.

Bu, insana görə, ailəyə görə dəyişir. Dünyada o qədər işləməyən analar var, heç körpələrinə, uşaqlarına baxmır. O qədər uğurlu iş qadınları var, eyni şəkildə uğurlu anadır. Bu, kişilərə də aiddir. Yaxşı və pis adam olmaq işləməklə, ya evdə oturmaqla bağlı deyil.

"Qadın evdə otursun" fikri hardan baxsaq, doğru deyil. Bəlkə də adam doğru ifadə etməyib fikrini. Ya da fikir öz kontekstində təqdim edilməyib, deyə bilmərəm. Əsas odur, qadını evə qapatmaq düzgün deyil, heç mümkün də deyil.

Bir də ki insan azadlıqları bəs harda qaldı?! Konstitusiya da o azadlıqları təkcə kişilərə, yaxud təkcə qadınlara verməyib; cins bölgüsü etməyib. Təhsil hüququ - hər kəsə, işgüzar fəaliyyət azadlığı - hər kəsə, söz haqqı - hər kəsə, səsvermədə iştirak - hər kəsə...

Nə Göy qanunları, nə Yer qanunları ayrı-seçkilik etmir.

O ayrı məsələ ki, çalışan qadın üstəlik evdə də işləyir.

Bunun da həlli yolu çoxdan tapılıb: Finlandiyada, məsələn, təkcə analıq məzuniyyəti yoxdur, dünyaya körpə gətirmiş ailənin kişisinə də məzuniyyət verirlər. Ardını özünüz təxmin edin.

Evin kişisi evdə qadına kömək eləsə, dünya dağılacaq?! Məgər uşağı təkcə qadın tərbiyə etməlidir?! Bəs atanın məsuliyyəti?! Hər ikisi bu ağırlığı bərabər daşımalı deyilmi?!

Düzdür, Aqşin Yeniseyin şeiri var:

"Çox miskin mənzərədir

Ev yığışdıran kişi".

"Evdə qadına kömək etmək" deyəndə, söhbət kişinin ev yığışdırmasından getmir ki. Ən azı kişi mental dəstək göstərir. Hələ uşaqlarla vaxt keçirməyi, onları gəzməyə çıxarmağı və sair demirəm.

Sözün qısası: qadınların ətrafında bu, köhnəlmiş yeni mübahisəni yersiz sayıram. Həm yersiz, həm ədalətsiz.

Həyat - su kimidir, axır, axır, öz çuxurunu tapır. Toplanır, böyüyür, çay olur, məcrasını - yatağını tapır, ya da öz yolunu açır.

Damcılar bulaq, bulaqlar çay olub, axır dənizlərə, okeanlara qovuşur, o genişliklərin, o dərinliklərin xoşbəxtliyinə qovuşur.

İndi biz bir yağış damcısına, ya bulaq suyuna: "Otur oturduğun yerdə, sənin Dənizdə, Okeanda nə işin var?!" deyə bilərik?!

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 22 May 2026 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see725

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see689

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see688

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see519

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see500

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see487

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see484

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see417

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see369

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see360

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see359

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see352

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see348

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see341

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see340

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see336

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see332

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see330

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see321

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see310
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri