KOICA bu il Qarabağda kəhrizlərin bərpasına başlayacaq SƏFİR: KAN KİMQU
Icma.az bildirir, Sia Az portalına istinadən.
Koreya Respublikasının Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) bu il Qarabağda kəhrizlərin bərpası üzrə 5,5 milyon dollarlıq layihənin icrasına başlayacaq.
SİA xəbər verir ki, bu barədə Koreya Respublikasının Azərbaycandakı səfiri Kan Kimqu "Humanitar yardım və inkişaf naminə əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin gücləndirilməsinə dair Konfrans"da bildirib.
Diplomat qeyd edib ki, işlər 2030-cu ilə qədər davam edəcək.
Onun sözlərinə görə, Koreya Respublikası Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin - Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafının dəstəklənməsinə diqqət yetirir.
"KOICA-nın Qarabağda kəhrizlərin bərpası üzrə yeni layihəsinin artıq bu il başlayacağı gözlənilir. Layihə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə birgə 2030-cu ilə qədər icra ediləcək, onun ümumi dəyəri isə 5,5 milyon dollar təşkil edəcək", - diplomat bildirib.
Səfir layihənin uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 10 Sentyabr 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















