Icma.az
close
up
RU
Kök sərnişinlər iki oturacaq üçün ödəniş edəcək: Təyyarədə tələb

Kök sərnişinlər iki oturacaq üçün ödəniş edəcək: Təyyarədə tələb

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Amerikan hava yolu şirkəti “Southwest Airlines” 27 yanvardan etibarən oturacaq qollarının arasına sığmayan sərnişinlərin ikinci bir oturacağı əvvəlcədən satın almasını məcburi edəcək. 

"Cebheinfo.az" xəbər verir ki, hazırkı qaydalara görə kök sərnişinlər istəsələr əlavə oturacağı əvvəlcədən alıb pulunu geri ala bilirdilər və ya hava limanında pulsuz tələb edə bilirdilər.

Yeni qaydada isə geri ödəmə hələ də mümkün olacaq, lakin artıq zəmanət verilməyəcək.

Dünyanın ən böyük loukoster aviakompaniyalarından olan “Southwest Airlines” açıqlamasında bildirib: 

“Əlavə oturacaqdan istifadə edən sərnişinlərə rezervasiya zamanı ikinci oturacağı satın almaları lazım olduğunu bildiririk”.

Aviakompaniya geri ödəmənin yalnız uçuş tam dolmadıqda, hər iki bilet eyni sinifdə alındıqda və uçuşdan sonra 90 gün ərzində müraciət edildikdə həyata keçiriləcəyini qeyd edib.

Yeni qaydalara əsasən, əlavə oturacağı əvvəlcədən almayan sərnişinlər hava limanında əlavə bilet almağa məcbur olacaqlar. Əgər uçuş doludursa, sərnişin başqa reysə yönləndiriləcək.

Orlandoda yerləşən səyahət məsləhətçisi Ceyson Von bu dəyişikliyin yalnız kök sərnişinləri deyil, bütün sərnişinləri mənfi təsirləyəcəyini bildirib:

“Bu qərar uçuş təcrübəsini hər kəs üçün daha pis hala gətirəcək”.

Uzun illər sərbəst oturacaq seçimi və pulsuz baqaj siyasəti ilə rəqiblərindən fərqlənən “Southwest Airlines”in  bu addımla öz xəttindən uzaqlaşdığı vurğulanır.

Ceyson Von isə “Artıq kim olduqlarını bilmirlər, müştəri ilə bağlarını itiriblər” sözləri ilə etirazını bildirib.
Qeyd edək ki, “Southwest Airlines” son dövrlərdə maliyyə çətinlikləri ilə üz-üzə qalıb. 

İnvestorların təzyiqi altında qalan şirkət ötən il daha geniş diz məsafəsi üçün əlavə ödəniş və gecəyarısı uçuşları kimi yeni tətbiqlərə keçəcəyini də açıqlamışdı.

Nigar Hacılı 
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Avqust 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri