Kokain istifadəçisi olduğunu etiraf edən almaniyalı deputat qarşıdakı parlament seçkilərində namizədlikdən imtina edib AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Berlin, 3 dekabr, AZƏRTAC
Almaniya Bundestaqının Sosial Demokrat Partiyadan (SPD) olan üzvü Manuel Qava kokaindən istifadə etdiyini etiraf etdikdən sonra qarşıdan gələn parlament seçkilərində namizədliyini geri götürdüyünü bildirib.
AZƏRTAC “Spiegel”ə istinadla xəbər verir ki, 33 yaşlı deputat bu barədə “Neue Osnabrücker Zeitung” qəzetinə müsahibəsində məlumat verib.
M.Qavanın bu etirafı onun narkotikdən istifadə etməsinə dair dəlillərin “Neue Osnabrücker Zeitung” və “Tagesspiegel” qəzetlərindəki araşdırmalar nəticəsində ortaya çıxmasından sonra baş verib.
O, Bundestaqın deputatı və ictimai xadim olması ilə əlaqədar yaranan stressə dözə bilmədiyi üçün bir neçə ay ərzində kokaindən istifadə etdiyini bildirib. M.Qava yenidən namizəd olmaması ilə bağlı qərarını xəstəliklə əlaqələndirsə də, “Neue Osnabrücker Zeitung” və “Tagesspiegel” qəzetləri onun bu barədə hər hansı sübut təqdim etmədiyini yazıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 03 Dekabr 2024 03:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















