KOBİA sədri: Türkiyənin bölgələri ilə biznes əməkdaşlığının genişləndirilməsi istiqamətində fəaliyyət göstəririk
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 24 dekabr, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri paralel şəkildə iqtisadi həyatın formalaşmasına zəmin yaradır.
AZƏRTAC xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Suveren Azərbaycan - Biznesdə yeni cığır” mövzusunda keçirilən konfransında bildirib.
Onun sözlərinə görə, dövlət bu ərazilərdə infrastruktur qurur, yaşayış məntəqələri salır, enerji və nəqliyyat təminatını yaradır.
“Bu proseslər biznes üçün də aydın və proqnozlaşdırılan mühit formalaşdırır. KOBİA olaraq biz bu prosesdə sahibkarın yanında olmağı prioritet hesab edirik. Məqsədimiz təşəbbüslərin təşviqi ilə yanaşı, onların real iqtisadi dövriyyəyə çevrilməsinə dəstək verməkdir. İşğaldan azad olunmuş ərazilərlə bağlı KOBİA ya daxil olan minlərlə müraciət bunu açıq şəkildə göstərir. Bu müraciətlər sahibkar marağının ölçüsünü və bazarın gözləntisini əks etdirir”, - deyə KOBİA sədri vurğulayıb.
Orxan Məmmədov qeyd edib ki, bu mühit birgə layihələrin, ortaq investisiyaların və yeni əməkdaşlıq modellərinin yaranmasına şərait yaradır: “İşğaldan azad olunmuş ərazilərdə Türkiyə şirkətlərinin fəal iştirakı da bu əməkdaşlığın real nəticəsidir. KOBİA həm də Türkiyənin bölgələri ilə biznes əməkdaşlığının genişləndirilməsi istiqamətində fəaliyyət göstərir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 24 Dekabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















