Icma.az
close
up
RU
Kolbasanın üstündə bu söz varsa, qəti almayın

Kolbasanın üstündə bu söz varsa, qəti almayın

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mağazada yaxşı kolbasa seçmək üçün məsləhətlər verilib.

Milli.Az xəbər verir ki, bu sahə üzər ekspert Yelena Medkovanın sözlərinə görə əsas meyar qablaşdırmanın dizaynı yox, məhsulun texnoloji göstəriciləridir.

"Bişmiş kolbasa seçərkən dövlət standartlarına əsaslanmaq olar. Mövcud GOST standartlarında məhsullar əzələ toxumasının payına görə kateqoriyalara bölünür. Kateqoriya A - 60%-dən çox, kateqoriya B isə 40-60% əzələ toxuması deməkdir. Etiketdə "GOST, ət məhsulu, kateqoriya A" qeyd olunubsa, bu, kolbasada ətin payının daha yüksək olduğunu göstərir.

Onun sözlərinə görə, keyfiyyətli bişmiş kolbasanın tərkibi sadə olur. Adətən bu siyahıya ət, su, süd, yumurta, duz, şəkər və ədviyyatlar daxildir. Qısa və anlaşılan tərkib düzgün reseptura və texnologiyaya əməl olunduğunu göstərir.

Ekspert əlavə edib ki, mexaniki üsulla ayrılmış quş əti müəyyən miqdarda istifadə oluna bilər. Lakin bu xammal çox olduqda kolbasanın dadı və teksturası daha az "ətli" olur. Xammal keyfiyyətlidirsə və ədviyyatların balansı düzgün seçilibsə, məhsul təhlükəsiz və dadlı ola bilər.

Bütöv əzələdən hazırlanan delikatesləri qiymətləndirmək daha asandır. Əzələ bərk və bütöv olmalı, qablaşdırmada artıq maye olmamalıdır. Çiy hisə verilmiş kolbasalarda isə quruluş sıx və eynicinsli, rəng bərabər, şpik isə ağ olmalıdır. Bu əlamətlərdən kənara çıxma texnologiya və ya saxlanma problemlərindən xəbər verir.

Medkova qeyd edib ki, qida əlavələri texnoloji məqsədlər üçün istifadə olunur və normalara əməl edildikdə icazəlidir. Lakin istisna var: transqlütaminaza, yəni "ət yapışqanı", ət məhsullarında qadağandır.

Ekspertin sözlərinə görə, bazar tədricən daha şəffaf resepturalara və yüksək əzələ toxuması payına malik məhsullara doğru dəyişir. Bu da istehlakçılar üçün seçim prosesini asanlaşdırır.

Sonda o bildirib ki, düzgün seçim tərkibin, məhsul kateqoriyasının, xarici görünüşün, şpikin keyfiyyətinin və qiymətin xammala uyğunluğunun birlikdə qiymətləndirilməsinə əsaslanmalıdır.

İsmayıl
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 Dekabr 2025 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri