Icma.az
close
up
RU
Köləlik “ağalar”a qazanc, insanlığa utanc gətirir

Köləlik “ağalar”a qazanc, insanlığa utanc gətirir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın müstəmləkəçiliyə münasibəti ədalətə əsaslanır

XV–XIX əsrlər arasında müşahidə olunan transatlantik qul ticarəti bəşər tarixinin ən qaranlıq səhifələrindən biri kimi yadda qaldı. İnsan həyatının iqtisadi mənfəətə qurban verildiyi bu qəddar mexanizm iqtisadi münasibətlərdən əlavə, irqi, sosial və siyasi bərabərsizliklərin uzunmüddətli əsasını formalaşdırdı.

“Üçbucaq ticarəti” adlanan model rəsmi olaraq tarixə qovuşmuş kimi görünsə də, çağdaş zamanda da insanların istismarı müxtəlif formalarda davam edir. Daha dəqiq desək, müasir dövrdə bu fenomen artıq “köləlik” adı ilə yox, daha mürəkkəb və gizli mexanizmlərlə, insan alveri, məcburi əmək və borc əsarəti kimi formalarla özünü göstərir. Məsələn, Hindistan kimi ölkələrdə borc əsarəti hələ də sosial-iqtisadi münasibətlərin dərin qatlarında yaşayır, insanlar kiçik maliyyə öhdəlikləri qarşılığında illərlə, bəzən nəsillər boyu azadlıqlarını itirirlər. Problem sadəcə inkişaf etməkdə olan və ya Yaxın Şərq regionu ilə məhdudlaşmır. Avropa dövlətlərində, daha çox Fransa və Niderlandda insan alveri, məcburi əmək halları geniş vüsət alıb. Xüsusilə sənədsiz miqrantların kənd təsərrüfatında, tikintidə və xidmət sahəsində istismarı göstərir ki, qlobal iqtisadi sistemin kölgədə qalan tərəfi sərhəd tanımır.

Tarixi və müasir dövrlər arasında paralel aparıldıqda əsas oxşarlıq dəyişmir, insan yenə də iqtisadi resurs kimi qiymətləndirilir. Yeganə fərq ondadır ki, keçmişdə köləlik açıq və qanuni sistem kimi fəaliyyət göstərirdi. Başqa sözlə desək, əvvəllər insanlar fiziki olaraq zəncirlənirdisə, indi onları borc, hüquqi status və sosial asılılıq kimi “görünməz zəncirlər”ə bağlayırlar. Bir məqamı da qeyd edək ki, tarixi dövrdə transatlantik qul ticarətinin ləğvinə, həm də müasir dövrdə onun müxtəlif formalarda davam edən təzahürlərinə qarşı çoxsaylı beynəlxalq hüquqi sənədlər və qətnamələr mövcuddur. Onlar köləliyi və insan istismarını qəti şəkildə qadağan edir və dövlətlər üçün hüquqi öhdəliklər müəyyənləşdirir. Sözügedən istiqamətdə ən fundamental sənədlərdən biri İnsan Hüquqları üzrə Ümumi Bəyannamədir. 1948-ci ildə qəbul edilən sənədin 4-cü maddəsində açıq şəkildə qeyd olunur ki, heç kim köləlikdə və ya asılılıq vəziyyətində saxlanıla bilməz. Həmin prinsip sonrakı bütün beynəlxalq hüquqi mexanizmlərin əsasını təşkil edir. Daha konkret və hüquqi baxımdan bağlayıcı sənədlərdən biri Köləliyin Ləğvi haqqında Konvensiya hesab olunur. Konvensiya köləliyin və qul ticarətinin aradan qaldırılmasını dövlətlər üçün öhdəlik kimi müəyyənləşdirir.

Müasir dövrdə insan alverinə qarşı mübarizənin əsas hüquqi alətlərindən biri də Palermo Protokoludur. Sənəd dövlətlərə insan alverinin qarşısını almaq, qurbanları qorumaq və cinayətkarları cəzalandırmaq öhdəliyi qoyur. Xüsusilə qadın və uşaqların qorunması protokolun əsas prioritetlərindəndir. Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Əmək Təşkilatı çərçivəsində qəbul olunan çoxsaylı konvensiyalar və qətnamələr məcburi əməyin qadağan olunmasını, əmək hüquqlarının qorunmasını və istismarın qarşısının alınmasını nəzərdə tutur. Beynəlxalq Əmək Təşkilatının məcburi əməyə qarşı konvensiyaları dövlətlər üçün konkret hüquqi çərçivə yaradır.

Azərbaycanın da problemlə bağlı mövqeyi ayrıca diqqətə layiqdir. Rəsmi Bakı həm tarixi transatlantik qul ticarəti fenomenini, həm də onun müasir dövrdə transformasiya olunmuş formalarını – insan alveri, məcburi əmək və digər istismar mexanizmlərini qətiyyətlə rədd edən dövlətlər sırasında yer alır. Yanaşma Birləşmiş Millətlər Təşkilatı çərçivəsində qəbul edilən beynəlxalq sənədlərə və təşəbbüslərə verilən sistemli dəstəkdə də özünü göstərir. Bu günlərdə BMT Baş Assambleyası “Transatlantik qul ticarətinə dair” qətnamə qəbul etdi. Bakı Təşəbbüs Qrupu tərəfindən qətnaməyə verilən açıq dəstək ölkəmizin bu istiqamətdə mövqeyinin institusional şəkildə dəstəkləndiyini və daha geniş platformalarda səsləndirildiyini nümayiş etdirir. Bununla yanaşı, BTQ reparasiya məsələsini maliyyə kompensasiyası olmaqla yanaşı, daha geniş ədalət anlayışının ayrılmaz hissəsi kimi dəyərləndirir. Təşkilat, eyni zamanda, Afrika mənşəli xalqların üzləşdiyi ədalətsizlikləri beynəlxalq platformalarda ardıcıl olaraq gündəmə gətirib və bu xüsusda 2024-cü ilin dekabrında və 2025-ci ilin aprelində BMT-nin Baş Qərargahında “Afrika əsilli xalqların hüquqları üzrə işçi qrupunun 35-ci sessiyası”nda və “Afrika əsilli şəxslərin Daimi Forumunun 4-cü sessiyası”nda fəal iştirak edib. Qrup həmin sessiyalarda neokolonializmin aradan qaldırılması və müstəmləkəçiliyə məruz qalmış ərazilərdə Afrika əsilli xalqların hüquqlarının müdafiəsi məsələlərini bir daha gündəmə gətirib.

Sonda bu qənaətə gəlmək olar ki, ölkəmizin mövqeyi, əslində iki paralel istiqamətdə formalaşır. Azərbaycan bir tərəfdən, beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq tarixi ədalətin tanınması və bəşəriyyətə qarşı törədilmiş cinayətlərin unudulmamasını vacib hesab edir. Digər tərəfdən isə bu yanaşma müasir dövrdə baş verən oxşar hallara qarşı praktiki mübarizə tədbirləri ilə tamamlanır. Ölkə daxilində insan alverinə qarşı mübarizə üzrə qanunvericilik bazasının gücləndirilməsi, institusional mexanizmlərin yaradılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi göstərir ki, məsələ real təhlükəsizlik və sosial ədalət məsələsi kimi qəbul olunur.

Yusif BAĞIRZADƏ,
politoloq

Bakı Təşəbbüs Qrupunun BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş 25 mart 2026-cı il tarixli “Transatlantik qul ticarətinə dair qətnaməyə” dair açıqlamasından göründüyü kimi, məsələyə münasibət təkcə tarixi hadisənin qiymətləndirilməsi ilə məhdudlaşmır, daha geniş siyasi çərçivəyə daxil edilir. Qətnamənin mahiyyəti tarixi ədalətsizliyin tanınması və onun nəticələrinin aradan qaldırılması üçün konkret mexanizmlərin formalaşdırılması üzərində qurulub. Bununla yanaşı, reparasiya məsələsinin geniş çərçivədə qoyulması diqqətəlayiqdir. Belə yanaşma göstərir ki, transatlantik qul ticarətinin nəticələri bu gün də sosial-iqtisadi bərabərsizliklər, inkişaf fərqləri və struktur ayrı-seçkilik formasında davam edir. Ona görə də effektiv mübarizə həm də bu mirasın müasir təsirlərinin aradan qaldırılmasına yönəlməlidir. Dövlətlərin və beynəlxalq təşkilatların konkret öhdəliklər götürməsi, xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün uzunmüddətli dəstək proqramlarının hazırlanması vacib addımlardır. Digər tərəfdən, bəyanatda vurğulanan neokolonializm elementi müasir dövrdə “transatlantik quldarlıq” anlayışının necə transformasiya olunduğunu göstərir. Bu gün istismar daha çox iqtisadi asılılıq, qeyri-bərabər ticarət münasibətləri və resursların qeyri-ədalətli bölüşdürülməsi formasında özünü göstərir. Problemin qarşısının alınması üçün qlobal iqtisadi sistemdə daha ədalətli qaydaların təşviqi, inkişaf etməkdə olan ölkələrin qərarvermə proseslərində iştirakının artırılması və beynəlxalq maliyyə institutlarında islahatlar mühüm rol oynaya bilər.

Bakı Təşəbbüs Qrupu kimi platformalar vasitəsilə qlobal ədalət, dekolonizasiya və insan hüquqları məsələlərində aktiv mövqe nümayiş etdirmək ölkənin nüfuzunu artırır. Beləliklə, ölkə qlobal Cənubun maraqlarını ifadə edən və beynəlxalq diskursun formalaşmasına töhfə verən aktor kimi çıxış edir. Amma mövqelərin davamlı təsir gücü onların praktik siyasətlə uzlaşdırılmasından asılıdır. Əgər beynəlxalq platformalarda səsləndirilən çağırışlar konkret təşəbbüslər, humanitar proqramlar və çoxtərəfli əməkdaşlıq layihələri ilə müşayiət olunarsa, bu zaman Azərbaycanın rolu daha institusional və təsirli xarakter alar.

Nəzrin ELDARQIZI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Aprel 2026 00:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri