Icma.az
close
up
RU
Texno feodalizm və köləlik

Texno feodalizm və köləlik

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Qızımı qarşılayıb hava limanından evə gedirik.

İlıq bir iyun axşamıdır.

Maşında “Spotify”da ikimizin də bəyəndiyi “Indigo night” parçasını seçirəm. Maşının salonuna Taminonun qüssəli, sakit səsi yayılır. “Jeff Bakliyə (Buckley) bənzəyir səsi”, – qızıma deyirəm: “Sənin yaşıdların onu tanıyır ki?”…

Taminonun dərin tınıları insanı saf hislərin içinə çəkir.

Mahnı bitir, araya reklamlar girir.

Bir ildir qurtulmuşdum “Spotify” reklamlarından. Demək ki, illik abunəliyim sona çatıb, yeniləmək lazımdır. “Unutmuşam ödəmə etməyi” deyirəm, – sanki günah işləmişəm…

“Görürsənmi, necə əsir alıblar bizi – abunəliklər, aylıq və ya illik ödəmələr…”. Anlamıram nə dediyini, “Kimlər?” deyə soruram. “Facebook-lar, Instagram-lar, YouTube-lar, Telegram-lar” deyə cavab verir qızım.

***

Məktəbli ikən sosializmdə yaşadıq. Ancaq “Amerikanın səsi”nə qulaq asır, “Samizdat” əsərləri oxuyur, Bolşevizm və ondan törəyənlərə nifrət edir və kapitalizm gələcək deyə xəyallar qururdum. Elə bilirdim ki, kapitalizm sabahlardır, gələcəkdir.

Kapitalizm gəldi – dağıntılarla, sarsıntılarla, amma gəldi. Bazar iqtisadiyyatı sərbəstləşdi, təşəbbüskarlıq mükafatlandırıldı, rəqabət təşviq edildi. Dedilər ki, bunlar cəmiyyətin dirəkləri, bel sütunu olacaq. Hələ kapitalizm vəhşiliyini tam göstərməmişdi, ancaq beynimdə “Bəs, kapitalizmdən sonra nə gələcək?” kimi sual doğmuşdu.

“Sosializmin bir atımlıq barıtı varmış”, – öz-özümə deyirəm. – Gəldiyi kimi getdi”. Planlı iqtisadiyyat, texnoloji geridəqalma, mərkəzləşdirilmiş və sərt idarəetmə sistemi, azadlıq və ifadə məhdudiyyətlər… sosializm, xüsusilə də sovet tipi sosializm bu səbəblərə görə süquta uğramadımı? Nə üçün sosializm feodalizm qədər uzunömürlü ola bilmədi?

***

“Kapitalizmin sonunu texnologiya nəhəngləri gətirdilər”, – bu sözlər Yunanıstanın keçmiş maliyyə naziri Yanis Varufakisə aiddir. Hazırda Afina universitetinin professoru olan Varufakis yazdığı son kitabında feodalizmlə bugünkü “post-kapitalizm” arasında paralellər aparır, mənfəətdən icarəyə keçidi araştırır. Çoxluğa kapitalizm əbədi olacaq kimi gəlirdi. Qüsurları göz qabağında idi, lakin üstünlüyü də danılmazdı. Bu gün hər şey dəyişdi. Varufakis “Texnofeodalizm” adlı kitabında heyrətamiz iddiada bulunur: Kapitalizm öldü…

Bəşəriyyət yeni bir dövrün astanasına ayaq basıb.

Bu dövrün adı Texno-feodalizmdir.

Solçular “Kapitalizm öldü” deyə çox da sevinməsinlər, hələ tezdir. Onu daha yaramaz bir şey əvəz edir. Çünki yeni gələn kapitalizmdən daha iyrəncdir. Google, Apple, Facebook, X (Twitter), Amazon kimi texnoloji şirkətlərinin biz istifadiçələrə kölə kimi davrandıqlarına baxmaq kifayətdir ki, düşdüyümüz vəziyyəti anlayaq.

Karl Marks deyirdi ki, kapitalizmdən sonra yenə sosializm gələcək, amma onun təxmini düz çıxmadı. Çünki artıq IT oliqarxlarının “xoruzu ötür”. Hər şey onların əlində cəmləşmiş reallıqdır. Bugünkü texnoloji sistemdə torpaq əvəzinə digital (rəqəmsal) platformalar, torpaq ağaları yerinə isə Amazon, Google, Meta, Apple kimi nəhəng texnoloji şirkətlər keçib. Onlar digital "torpaqlara" nəzarət edir, istifadəçiləri və kiçik sahibkarları bu torpaqlarda fəaliyyət göstərməyə, bunun müqabilində isə “icarə haqqı” ödəməyə məcbur edirlər.

Artıq iqtisadiyyatın, ticarətin qaydalarını bazar münasibətləri deyil, alqoritmik nəzarət və platformaların monopolistləri yazırlar. Əgər kapitalizmdə hökmran bazar idisə, texno-feodalizmdə onu icarə, abunəlik və datalara nəzarət əvəzləyir.

Texno-feodalizmdə biz məhsuluq – maaş almadan çalışırıq.

İstifadəçilər bu sistemdə həm istehsalçı, həm də məhsul rolunu oynayırlar. Məsələn, Facebook-da status yazırsan, Instagram-da şəkil paylaşırsan, YouTube-da video izləyirsən – sən kontent yaradırsan, amma əsl qazanan həmin platformalardır. Çünki sən onların "torpağında" işləyir, əvəzində isə əmək haqqı almırsan.

Platforma kapitalizmi artıq data kapitalizmi ilə əvəz olunub. İnsanların davranışları, maraqları, hərəkətləri sistem tərəfindən qeydə alınır, analiz edilir və bazar üstünlüyünə çevrilir. Bu isə informasiya əsrində məlumatın silaha çevrilməsi deməkdir.

Yanis Varufakisin 2023-cü ildə yayımlanan “Technofeudalism: What Killed Capitalism” kitabı “Financial Times” tərəfindən ilin ən mühüm iqtisadi kitablarından biri seçildi. WIRED jurnalında onunla keçirilən müsahibədə Varoufakis bildirir:

“Biz artıq kapitalizmin içində yaşamırıq. Kapitalizmi öldürən bir güclə qarşı-qarşıyayıq – texnoloji feodallarla”.

Bəli, məsələn, Amazon sadəcə bazarda iştirak etmir, o, artıq bazarın özüdür.

Və ya Apple şirkəti, məsələn, App Store-da sadə bir tətbiq yükləmək istəyirs Apple-a 30% komissiya ödəməyə məcbur olursan.

Bunlar Reddit forumlarında və sosial şəbəkələrində bu məsələ geniş müzakirə olunur. Bu sistemi “cloud serfdom” (bulud köləliyi) adlandırırlar. Bəziləri də Marksın “əməyin yadlaşması” nəzəriyyəsinin kəllə-çarx olduğu düşüncəsindədir.

Yoldaş Marks, bəs indi necə olacaq, “Digital müstəmləkəçilik”, “Data imperiyası”, “Alqoritmik hökmranlıq” kimi anlayışlarla necə baş edəcəyik? Yazdın, yazdın, canını qurtardın getdin, indi biz sənin “zibillərini” necə təmizləyək? Bilirsənsə o dünyadan yaz görək, əgər bu, tekno-feodalizmdirsə, biz onun qarşısında təslim olacağıqmı, yoxsa ictimai nəzarət, şəffaflıq və ədalətə əsaslanan yeni münasibət formalarımı yaratmalıyıq?

Bəli, “Gələcək çox tez gələcək”, ancaq kapitalizmin digital texnologiya tərəfindən əvəz edildiyi bir dünyada, əgər tənqidi düşünmür və alternativ yollar axtarmırıqsa köləyə çevriləcəyik. Orta əsrlər feodalizminin müasir versiyası olan texno-feodalizmin kölələri olmamaq üçün datanın sahibinə çevrilmək, texnologiyanın aləti yox, yönləndirəni olmalıyıq.

Yeni gənclik bunu bacara biləcəkmi?

***

İlıq bir sentyabr sabahı idi.

Qızım geri qayıdırdı, yaşağı ölkəyə.

Hava limanı yolunda “Spotify”da Hayede ölməz “Soghati”ni oxuyurdu:

Gələndə bütün yollardan ayaq səsi gəlir

Sanki dünyanın hər yerindən gəlir, uzaq şəhərdən deyil.

Səni görmə anı bitənə qədər

Yerdə hansı yol varsa, sinəmə çatır…

Digər mahnıya keçəndə qızım gülərək:

“Aaaa, reklamsız çalır ki… nə tez ödədin abunəlik haqqını?”.

Kədərli bir səslə belə cavab verdim:

“Axı mən texno-feodalizm köləsiyəm”...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Sentyabr 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see285

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see280

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see239

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see230

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see217

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see216

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see212

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see212

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see208

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see207

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see200

Küçə xuliqanı, həbsdən qaçan agent, yorğun biznesmen... Jan Pol Belmondonun 5 məşhur rolu

06 Sentyabr 2026 14:00see197

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see190

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see186

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see180

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see174

Neftçala sakininin evi yanıb kül oldu VİDEO

07 Sentyabr 2026 00:22see173

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see164

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see161

Tramp saç rəngini dəyişərək hər kəsi təəccübləndirdi

06 Sentyabr 2026 21:34see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri