Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı davam edir
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 11 iyun, AZƏRTAC
2025/2026-cı tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclər) xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin elektron qeydiyyatı davam edir. Abituriyentlər linkə daxil olub qeydiyyatdan keçə bilərlər.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, teatr, kino və xoreoqrafiya sənəti, idman, musiqi sənəti və təsviri sənət istiqamətlərinin komissiyaları üzrə aparılan qeydiyyat prosesi iyunun 13-dək davam edəcək.
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər 1 istiqamətə aid ən çox 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.
Qabiliyyət imtahanlarının iyun-avqust aylarında keçirilməsi nəzərdə tutulur.
Abituriyentlərə qabiliyyət imtahanına buraxılış vərəqəsini çap edə biləcəkləri tarixlər haqqında məlumat DİM-in internet səhifəsində veriləcək. Buraxılış vərəqəsində qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcək.
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları haqqında elanın tam mətni DİM-in saytında yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 11 İyun 2025 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















