Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Baş idarə rəisinə yeni rütbə verildi

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

Kollegiya sədri: Ölkəmizdə vəkillik institutu inkişaf edir AZƏRTAC

Kollegiya sədri: Ölkəmizdə vəkillik institutu inkişaf edir AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 28 dekabr, AZƏRTAC

Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin memarı və qurucusu olduğu müasir Azərbaycan dövlətinin daxili və xarici siyasətində, o cümlədən dövlətin ali məqsədi olan insan hüquqlarının təmin edilməsində böyük uğurlar əldə edilməsinə gətirib çıxarıb. Beynəlxalq münasibətlər sistemində böyük nüfuz qazanan Azərbaycan Respublikası beynəlxalq problemlərin həll edilməsi mərkəzlərindən birinə çevrilməkdədir. Bu cəhətdən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi mühüm qlobal problemlərin həllində dövlətimizin xüsusi rol oynadığını bir daha nümayiş etdirdi.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırov Vəkil Günü peşə bayramı münasibətilə yazdığı məqalədə bildirib.

A.Bağırov bildirib ki, mühüm beynəlxalq təşkilatların və insan hüquqları sahəsində əksər beynəlxalq müqavilələrin iştirakçısı olaraq dövlətimiz milli qanunvericilik sistemi qurub və onu daha da inkişaf etdirməkdə davam edir. Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşmasının bilavasitə Ulu Öndərin adı ilə bağlı olması danılmaz faktdır. Belə ki, hələ SSRİ dövründə məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan SSR-nin 1978-ci il Konstitusiyasında vəkilliklə bağlı müddəalar öz əksini tapıb və bununla da vəkilliyə konstitusion status verilib. Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi altında Azərbaycan SSR-də 1980-ci il noyabrın 13-də “Azərbaycan SSR vəkilliyi haqqında Əsasnamə” təsdiq edilib. Həmin dövrdə Konstitusion status daşıyan Vəkillər Kollegiyası məhz bu Əsasnamə əsasında fəaliyyət göstərib. Beləliklə, ölkəmizdə vəkilliyinin institutsionallaşmasına start verilib və onun hüquqi əsasları möhkəmləndirilib. Həmin dövr, vəkilliyin hüquqi təminatlarının gücləndirilməsi və cəmiyyətdəki nüfuzunun artırılması üçün vacib bir mərhələ olub.

Məqalədə daha sonra deyilir: “Bütün bunların məntiqi davamı kimi Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyası bütövlükdə insan hüquqları amili üzərində qurulub, insan hüquqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilib, beynəlxalq müqavilələrin və beynəlxalq hüququn primatlığı bütün sahələrdə tam şəkildə tanınıb. Konstitusiyamızın 7-ci, 10-cu, 12-ci, 71-ci, 148-ci və 151-ci maddələri xüsusi qeyd edilməlidir. Eyni zamanda, Konstitusiyanın 2-ci bölməsi əsas insan və vətəndaş hüquq, azadlıq və vəzifələrinə həsr edilib. Konstitusiyamızın 61-ci maddəsində müəyyən edilən “Hüquqi yardım almaq hüququ” beynəlxalq hüquq normalarına uyğun olmaqla bərabər, sonradan bu sahədə bir sıra əhəmiyyətli sahəvi normativ aktların qəbul edilməsinə gətirib çıxarıb. Konstitusiyada əksini tapmış əsas strateji məqsədlər, ilk növbədə hüquqi islahatları və insan hüquqlarının qorunması prinsipinin realizəsini zəruri edib, milli qanunvericilik sisteminin daha da inkişafına təkan verib. Nəticədə 1999-cu il dekabrın 28-də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunla müstəqil Azərbaycan vəkilliyinin əsası qoyulub, ölkəmizin tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşıb.

Yeni qəbul edilmiş “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanundan irəli gələrək 2004-cü il noyabrın 3-də Azərbaycan Respublikasının Yeni Vəkillər Kollegiyası təsis edilib. Təsis zamanı Kollegiyanın 356 vəkil üzvü olub. Bu yeni struktur vəkilliyin funksional və peşəkar təşkilatlanmasında önəmli rol oynayıb. Kollegiya bu illər ərzində yalnız hüquqi yardım göstərən qurum deyil, eyni zamanda insan hüquqlarının qorunması, hüquqi maarifləndirmə və ədalət mühakiməsinin təminatçısı kimi çıxış edir. Azərbaycanın bu sahədəki liderliyi, postsovet məkanında vəkillik institutuna müstəqillik verən ilk dövlətlərdən biri olması, ölkəmizin hüquqi islahatlara sadiqliyini bir daha nümayiş etdirdi. Qeyd etməyə dəyər ki, 356 vəkilin iştirakı ilə təsis edilən Vəkillər Kollegiyasının üzvlərinin sayı bu gün 2 min 500 nəfərdən çoxdur.

Sonrakı illərdə Azərbaycanda vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində bir sıra normativ-hüquqi aktlar, çoxsaylı sərəncamlar və digər sənədlər qəbul olunub ki, bu da Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı ilə birbaşa bağlıdır. Belə ki, “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması üzrə tədbirlər barədə” 2005-ci il martın 11-də Prezidentin Sərəncamı Azərbaycanda vəkilliyin inkişafına dövlət tərəfindən verilən əməli dəstək kimi qiymətləndirilməlidir. Hüquqi islahatlar sırasında vəkillik fəaliyyətinin yeni inkişaf mərhələsinə təkan vermiş və tarixi önəm daşıyan 2018-ci il fevralın 22-də imzalanan “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezident Sərəncamının preambulasında isə qeyd olunur ki, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır. Həmin Sərəncamda Vəkillər Kollegiyasının müvafiq binalar ilə təmin olunması, dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləğin 3 dəfə artırılması və s. məsələlər öz əksini tapıb.

Eyni zamanda, Sərəncama uyğun olaraq müasir informasiya kommunikasiyaları texnologiyalarının tətbiqi, hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və həmin sistemin "Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlərin görülməsi məsələləri də qeyd olunub. Bunu nəzərə alaraq Vəkillər Kollegiyası tərəfindən 2023-cü ildən etibarən ölkəmizdə pilot layihə kimi “Elektron order”dən istifadə olunmağa başlanılıb, 2024-cü ildən isə layihə geniş tətbiq edilir. Hazırda 14 minə yaxın elektron müqavilə bağlanılıb.

Prezidentin 2019-cu il aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı vəkilliyin ölkəmizdə daha da mütərəqqi quruma çevrilməsi baxımından tarixi sənəd olmaqla yanaşı, gələcək dövr üçün onun inkişaf istiqamətlərini də müəyyən edib. Həmin Fərmanla 2020-ci ildən etibarən dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin müvafiq icra hakimiyyətinə deyil, dövlət büdcəsində birbaşa Vəkillər Kollegiyasına ayrılması müəyyən olunub. Dövlət başçısı vəkilliyə göstərdiyi diqqətin daha bir təzahürü kimi, 2019-cu il dekabrın 25-də imzaladığı Sərəncamı ilə “Vəkil Günü” peşə bayramını təsis edib. Sərəncama əsasən, hər il dekabrın 28-i Azərbaycanda vəkillərin peşə bayramı kimi qeyd edilir.

Peşə bayramı münasibətilə təşkil edilən tədbirlər çərçivəsində növbəti dəfə "Dünya Vəkil Cübbələri və Atributları" sərgisi keçirilir. Tədbir Sumqayıt Regional Vəkil Bürosunun təşkilatçılığı, Vəkil Günü peşə bayramı və Sumqayıt şəhərinin 75 illiyinə həsr olunub.

Vəkil qurumlarının artırılması, onların maddi-texniki şəraitinin yaxşılaşdırılması sahəsində də xeyli iş görülüb. Regionlarla bağlı olaraq apellyasiya məhkəmələrinin yurisdiksiyasına uyğun Sumqayıt, Şəki və Şirvan şəhərlərində Vəkillər Kollegiyasının regional vəkil qurumları yaradılıb, onlar müvafiq binalarla təmin edilib, müasir informasiya kommunikasiyaları texnologiyalarının imkanlarından yararlanmalarına dəstək göstərilib. Gəncə şəhərində Vəkillər Kollegiyası üçün ayrılmış binanın təmiri yekunlaşmaq üzrədir, Lənkəran şəhərində isə torpaq sahəsində müvafiq binanın tikintisinə başlanılması üçün işlər davam etdirilir. Hazırda ölkəmizdə 138 vəkil qurumu fəaliyyət göstərir. Peşəkar hüquqi yardımı həyata keçirən Vəkillər Kollegiyasının fəaliyyət istiqaməti çoxşaxəlidir”.

Məqalədə o da bildirilib ki, 2024-cü il ərzində Rəyasət Heyətinin 21 iclası keçirilib. İclaslar çərçivəsində Rəyasət Heyətinin qərarları ilə xəstəlikləri ilə əlaqədar olaraq 5 vəkilə Vəkilliyin İnkişafı Fondundan maddi yardım göstərilib, 59 vəkil analıq məzuniyyəti, təhsil və s. digər əsaslarla üzvlük haqqı ödəməkdən azad edilib. Hazırda Kollegiyanın nəzdində 11 Komitə fəaliyyət göstərir. Onlardan İcra hüququ və Deontologiya Komitələri bu il yaradılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Dekabr 2024 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see350

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see340

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see337

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see333

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see318

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see270

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see270

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see257

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see244

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see220

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see219

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see215

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see214

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see213

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see212

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see208

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see198

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see195

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri