Icma.az
close
up
RU
“Kollektiv qəbirlər: Kiş Doxun nekropolunun təhlili” mövzusunda elmi təqdimat olub

“Kollektiv qəbirlər: Kiş Doxun nekropolunun təhlili” mövzusunda elmi təqdimat olub

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 7 aprel, AZƏRTAC

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən “Elmi müzakirə qrupu” layihəsi çərçivəsində növbəti tədbir təşkil olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, layihə gənc tədqiqatçılar arasında elmi diskussiya mühitinin formalaşdırılması, təqdimat bacarıqlarının inkişaf etdirilməsi və elmi-tənqidi düşüncənin təşviq olunması məqsədi daşıyır. Tədbirdə institutun elmi işçisi, doktorant Nərmin Məmmədli “Kollektiv qəbirlər: Kiş-Doxun nekropolunun təhlili” mövzusunda məruzə edib. Məruzədə Şəkinin Kiş və Oxud kəndləri arasında yerləşən Kiş-Doxun nekropolunda aparılmış arxeoloji tədqiqatlar nəticəsində aşkar edilmiş kollektiv qəbirlər və ayin yerləri əsasında dəfn mərasimlərinin xüsusiyyətləri təqdim olunub.

Məruzədə qeyd edilib ki, nekropoldakı kollektiv dəfnlər yalnız toplu ölüm halları ilə bağlı deyil, həm də müəyyən dəfn ənənəsinin tərkib hissəsidir. İki qəbir nümunəsinin təhlili onların təkrar dəfnlərlə müşayiət olunduğunu ortaya qoyur. Aşkarlanmış üçqatlı kollektiv qəbir bəzi skif və sarmat dəfnləri ilə bənzər olsa da, öz kompleks strukturu ilə region üçün unikal nümunə hesab edilir. Nekropolda müəyyən olunmuş ayin yerləri dəfn mərasimlərinin yalnız fiziki dəfn aktından ibarət olmadığını, eyni zamanda, sosial və dini aspektlərə malik kompleks mərasimlər şəklində həyata keçirildiyini göstərir.

Tədbirdə Arxeologiya və Antropologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Zaur Həsənov, institutun elmi katibi dosent Ellada Bəkirova və aparıcı elmi işçi Pərviz Qasımov iştirak ediblər. Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, mövzu üzrə suallar cavablandırılıb.

Qeyd edək ki, “Elmi müzakirə qrupu” layihəsi çərçivəsində növbəti tədbirlərin təşkili də nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri