Icma.az
close
up
RU
“Kollektivim direktor kimi məndən razı olsa da, 70 “ç” ilə işdən çıxarıldım” Açıqlama

“Kollektivim direktor kimi məndən razı olsa da, 70 “ç” ilə işdən çıxarıldım” Açıqlama

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

“Haqqında intizam tənbehi belə olmayan bir direktorun 70-ci maddənin “ç” bəndi ilə işdən çıxarılması nə deməkdir?”

Bu şikayətlə “Qafqazinfo”ya Şəmkir rayon H.Z.Tağıyev adına Kür qəsəbə tam orta məktəbin direktoru Ruhiyyə Rəfiyeva müraciət edib.

O bildirib ki, məktəbdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) tərəfindən iclas keçirilib: “Hələ avqustun 28-i Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən məktəbimizdə təhsilin keyfiyyətini öyrənmək məqsədilə yoxlanış baş tutdu. Təbii ki, heç bir problem yox idi, təhsil müəssisəsimiz reytinqlidir. Belə ki, 5 ildir ardıcıl olaraq RFO üzrə qızıl və gümüş medal qaliblərimiz var. 81 məzundan 49 nəfəri ali məktəbə qəbul olub. Bir dəfə də olsun barəmizdə hər hansı şikayət olmayıb. Ancaq keçirilən bu yoxlanış heç də şəffaf olmadı...”

Direktorun sözlərinə görə, yoxlanışdan bir müddət sonra keçirilən iclasda Şəmkir Təhsil sektorunun Həmkarlar İttifaqının üzvü iclasa müdaxilə edib: “Kollektivim də məndən razıdır. Lakin iclasa müdaxilə edənlər yazılan protokolu əsassız saydı və sədri sektora apardılar. Sözügedən şəxslər qərəzli şəkildə akt hazırladılar. Heç bir əsas və şikayət olmadan səlahiyyətlərindən qanunsuz formada istifadə edərək Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmağıma səbəb oldular”.

R.Rəfiyeva həmçinin əmək məzuniyyətinin də qanunsuz şəkildə pozulduğunu iddia edib.

Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, sözügedən məktəbdə monitorinq aparılıb: “Bu çərçivədə Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbdə aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib.

Qeyd olunan ümumi təhsil müəssisəsinin direktoru Rəfiyeva Ruhiyyə Fizuli qızı özünün əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirməyib, müvafiq normativ hüquqi aktların, eləcə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Regional Təhsil İdarəsinin qanuni təlimatlarının tələblərini pozub. Bunun nəticəsində müəssisədə təlim-tərbiyə prosesinin təşkili, əmək və icra intizamı qaydaları ciddi şəkildə pozulub.

Aşkar edilmiş qanun pozuntuları və qeyd olunan nöqsanlar əsas götürülərək, məktəbin direktoru R.F.Rəfiyeva ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən xitam verilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən təhsil müəssisələrində idarəetmənin, həmçinin tədris prosesinin qanunvericiliyin tələblərinə uyğun təşkilinin yoxlanılması məqsədilə sistemli nəzarət tədbirləri ardıcıl olaraq davam etdiriləcək və hüquqpozmalara yol verən şəxslər barəsində qəti intizam tədbirləri görüləcək”.

Fidan Etibar 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 Oktyabr 2026 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri