Icma.az
close
up
RU
Netanyahu ilə 3 məsələdə fikir ayrılığıma görə işdən çıxarıldım Qallant

Netanyahu ilə 3 məsələdə fikir ayrılığıma görə işdən çıxarıldım Qallant

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrailin keçmiş müdafiə naziri Yoav Qallant işdən çıxarılmasına səbəb kimi baş nazir Benyamin Netanyahu ilə 3 məsələdə fikir ayrılığı olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, dünən Netanyahu tərəfindən vəzifəsindən uzaqlaşdırılan Qallant "X" sosial platforma hesabında məsələ ilə bağlı açıqlama verib.

İşdən çıxarılmasının Netanyahu ilə üç məsələdə fikir ayrılığının nəticəsi olduğunu bildirən Qallant, bunlardan birincisinin “hərbi yaşda olan hər kəsin hərbi xidmətdə olması ilə bağlı sabit mövqeyi” olduğunu qeyd edib.

Qallant İsrailin apardığı müharibədə qadın və kişi yüzlərlə əsgərin öldüyünə və hər kəsin bu şərtlər altında İsrail ordusunda xidmət etməsi lazım olduğuna diqqət çəkərək, ultra-ortodoks yəhudiləri (Haredim) məcburi hərbi xidmətdən azad edən qanun layihəsini "ayrı-seçkilik və korrupsiya" kimi izah edib.

İşdən çıxarılmasının ikinci səbəbinin Qəzzadakı israilli məhbusların evlərinə qaytarılması ilə bağlı mövqeyinə sadiq qalması olduğunu bildirən Qallant, əsirlərin ölkəyə qaytarılmasının tez bir zamanda təmin edilməli olduğunu, bəziləri ağrılı güzəştlərə getsələr belə, əsirləri geri qaytarmağın mümkün olduğunu qeyd dib.

Qallant bildirib ki, onunla Netanyahu arasında üçüncü mübahisəli məsələ 7 oktyabr 2023-cü il hadisələrində hərbi və kəşfiyyat uğursuzluqları ilə bağlı rəsmi istintaq komitəsinin yaradılmasında israrlı olmasıdır.

İsrailin baş naziri Benyamin Netanyahu dünən müdafiə naziri Yoav Qallantı istefaya göndərib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Noyabr 2024 07:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see306

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see298

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see263

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see246

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see245

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see242

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see235

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see228

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see228

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see221

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see204

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see203

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see202

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see201

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see196

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see195

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see193

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see187

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see185

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri