Kollektorun üzərində ev tikən sakinlər problemə səbəb oldular
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Bakının Xətai rayonu, Abbas Səhhət küçəsi 6 ünvanında kanalizasiya və çirkab sular əraziyə yayılıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki sözügedən hal bir müddətdir davam edir.
Məsələ ilə bağlı İri Şəhərlərin Su Təchizatı Xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ünvandakı məsələ ilə bağlı əraziyə 3 gündür ki, briqada cəlb olunur, xəttin açılması üçün müvafiq işlər görülür. Lakin vətəndaşların evlərini məhz tullantı su kollektorunun üzərində tikməsi nəticəsində xəttin tutulma baş verən nöqtəsinə müdaxilə etmək qeyri-mümkün hal alıb.
"Diqqətə çatdıraq ki, şəbəkələrdə aparılacaq hər hansı texniki qulluq və ya baş verə biləcək qəza riskləri səbəbindən su və tullantı su kollektorlarının, magistral və paylayıcı xətlərin üzərində, eləcə də onların mühafizə zolaqlarında hər hansı tikinti və ya qazıntı işlərinin aparılması qanunvericiliyə ziddir", - deyə məlumatda qeyd edilib.
O da vurğulanıb ki, sakinlərin vaxtaşırı şəbəkəyə məişət tullantıları atması nəticəsində xətdə tutulma baş verib:
"Xüsusilə bildiririk ki, tullantı su xətti yalnız tullantı suyu axıtmaq üçündür. Kanalizasiya xətlərinə tullantı suyundan kənar əşyalar məişət tullantıları (salfet, qida qalıqları, sellofan və s.) atmaq yolverilməzdir. Nəticədə bu qalıqlar yığılaraq xətdə tutulma yaradır və ərazidə antisanitar və xoşagəlməz mənzərə yaranır. Bu halın təkrarlanması vətəndaşlardan tullantıların təyinatı üzrə atılmasına və kanalizasiya xətlərindən düzgün istifadə qaydalarına riayət etmələri xahiş olunur. Hazırda məsələ ilə əlaqədar müvafiq rayon sukanal idarəsi işləri davam etdirməkdədir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 04 Noyabr 2026 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















