Icma.az
close
up
RU
Kolumbiya mətbuatı “ASAN Xidmət” modelindən yazıb

Kolumbiya mətbuatı “ASAN Xidmət” modelindən yazıb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 2 fevral, AZƏRTAC

Kolumbiyanın aparıcı media platformalarından biri olan “Las2orillas” portalında dövlət xidmətləri sahəsində ölkəmizin uğurlu təcrübəsi kimi tanınan “ASAN Xidmət” modeli haqqında geniş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, “Prezident Petronun hər sahədə uzun növbələr problemini aradan qaldırmaq üçün güvəndiyi Azərbaycan modeli” sərlövhəli yazıda bu modelin Kolumbiyada tətbiqi perspektivlərindən və dövlət xidmətlərinin təşkilində yarada biləcəyi yeniliklərdən bəhs edilir.

Nəşrdə beynəlxalq səviyyədə özünü təsdiqləmiş “ASAN Xidmət” modelinin Kolumbiyada tətbiqi istiqamətində artıq ilk addımın atıldığı, 2025-ci ilin fevralında Kolumbiya İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi ilə Azərbaycan tərəfi arasında imzalanmış anlaşma memorandumunun dövlət xidmətlərinin sadələşdirilməsini və innovativ inkişafını nəzərdə tutduğu vurğulanır. Kolumbiyanın Latın Amerikasında bu modeli tətbiq edəcək ilk ölkə ola biləcəyi diqqətə çatdırılır.

Yazıda 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə dövlət idarəçiliyinin modernləşdirilməsinə yönəlmiş institusional islahatların tərkib hissəsi kimi yaradılan “ASAN Xidmət”in fəaliyyəti, vətəndaş məmnuniyyəti göstəriciləri və modelə beynəlxalq səviyyədə artan maraq barədə ətraflı məlumat verilir. Bildirilir ki, dövlət və özəl xidmətlərin “bir pəncərə” prinsipi əsasında təqdim olunmasını təmin edən bu yanaşma şəffaflıq və operativlik baxımından səmərəli nəticələr ortaya qoyur. Məqalədə modelin əsas sütunlarından birinin inklüzivlik olduğu, “ASAN Mobil sistemi”nin tətbiqi, “ASAN Radio” və “ASAN TV”nin fəaliyyəti vasitəsilə dövlətlə cəmiyyət arasında etimadın gücləndirildiyi, vətəndaşların məlumatlandırılması və ictimai iştirakın təşviq edildiyi vurğulanır.

Məqalədə “ASAN Xidmət”in müxtəlif beynəlxalq mükafatlara layiq görüldüyü və artıq bir sıra ölkələrdə uğurla tətbiq edildiyi bildirilir. ASAN modelinin Kolumbiya tərəfi üçün də çox müsbət təəssürat yaratdığı və ikitərəfli əməkdaşlıq çərçivəsində praktik addımların tezliklə atılmasının gözlənildiyi qeyd olunur.

Həmçinin diqqətə çatdırılır ki, Kolumbiyada ASAN modelinin tətbiqi yalnız inzibati texnologiyanın ötürülməsi kimi qiymətləndirilməməlidir. Bu, ilk növbədə, dövlət-vətəndaş münasibətlərinin yeni məzmun qazanması, səmərəlilik, şəffaflıq və insan ləyaqətinin ictimai xidmətlərin əsas prinsiplərini təşkil edəcək konkret imkan kimi nəzərdən keçirilməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Fevral 2026 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri