Icma.az
close
up
RU
Kolumbiya prezidenti qızına və nazirlərin övladlarına qarşı təhdidlərdən danışdı

Kolumbiya prezidenti qızına və nazirlərin övladlarına qarşı təhdidlərdən danışdı

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Kolumbiya Prezidenti Qustavo Petro kiçik qızının ünvanına təhdid mesajlarının gəlməyə başladığını bildirib. Oxşar mesajları onun hökumətinin bütün üzvlərinin övladları da alır.

Oxu.Az-ın xəbərinə görə, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Kolumbiya liderinin fikrincə, bu, senatora və prezidentliyə mümkün namizəd Migel Uribeyə qarşı sui-qəsd cəhdi ilə bağlıdır.

Petronun sözlərinə görə, təhdid dolu mesajlar botlardan istifadə etməklə, sosial şəbəkələr vasitəsilə göndərilib.

Ölkənin hüquq-mühafizə orqanları artıq təhqiqata və təhdidlərin göndərilməsinə görə məsuliyyət daşıyanların axtarışına başlayıb. Araşdırmalarda polis kibermərkəzindən əlavə, Baş Prokurorluq və kəşfiyyat orqanları da iştirak edirlər.

Qeyd edək ki, mayın 9-da Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribe də xarici kəşfiyyatdan ona qarşı növbəti sui-qəsd cəhdinin hazırlandığı barədə məlumat aldığını bildirib.

Xatırladaq ki, ötən şənbə günü - iyunun 7-də Boqotada mitinq zamanı 15 yaşlı yeniyetmə Kolumbiya prezidentliyinə ehtimal olunan namizəd, 39 yaşlı senator Migel Uribeyə bir neçə dəfə atəş açıb və güllə onun başına dəyib. Sabiq dövlət başçısının səhhətinin vəziyyəti ağır olaraq qalır.

Böyük rezonansa səbəb olan bu hadisə xüsusi nəzarətə götürülüb. Polisə artıq məlumdur ki, cinayətkarın atəş açdığı "Qlyuk" tapançası 2020-ci ildə ABŞ-nin Arizona ştatındakı mağazalardan birindən alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 İyun 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see191

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see172

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see145

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see126

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see125

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri