Kolumbiyada iki cinayətkar dəstənin hesablaşması Azı 27 nəfər öldü
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Kolumbiyanın cənub-qərbində cəngəlliklərə nəzarət uğrunda rəqib qruplar arasında baş verən toqquşmalarda solçu partizan qrupunun ən azı 27 üzvü öldürülüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Hərbi mənbə bildirib ki, son ayların ən qanlı toqquşmaları Boqotadan 300 km cənub-qərbdə yerləşən Quayakil departamentinin El Retorno bələdiyyəsinin kənd ərazisində baş verib.
Bu bölgə kokain istehsalı və qaçaqmalçılığı üçün strateji əhəmiyyətə malikdir. Başqa bir hərbi mənbəyə görə, toqquşmalar Nestor Qreqorio Veranın (ləqəbi İvan Mordisko) rəhbərlik etdiyi Kolumbiya İnqilabi Silahlı Qüvvələrinin (FARC) bir qanadı ilə Aleksandr Diaz Mendozanın (ləqəbi Calarca Cordoba) rəhbərlik etdiyi qrup arasında baş verib.
Hər iki qrup əvvəllər sözdə Mərkəzi Baş Qərargahın bir hissəsi olub, lakin 2024-cü ilin aprelində daxili fikir ayrılıqları səbəbindən ayrılıblar. Anonimlik şərti ilə danışan iki hərbi mənbə bütün qurbanların Veranın qrupundan olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 18 Yanvar 2026 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















