Kolumbiyada kömür mədənində partlayış: doqquz nəfər ölüb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 5 may, AZƏRTAC
Kolumbiyanın mərkəzindəki Kundinamarka departamentinin ərazisində yerləşən kömür mədənində qaz yığılması nəticəsində partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Kolumbiyanın Milli Mədən Agentliyi məlumat yayıb. Məlumata görə, bədbəxt hadisə La Siscuda mədənində qeydə alınıb. Hadisə nəticəsində doqquz mədənçi həlak olub, altı nəfər isə yaralanıb.
Agentlik bildirib ki, aprelin 9-da aparılan yoxlama zamanı ərazidə qaz yığılması aşkar edilmişdi. Mədən sahiblərinə ventilyasiyanı yaxşılaşdırmaq və tozlanmaya nəzarət etmək barədə tövsiyələr verilmişdi.
Bu mövzuda digər xəbərlər:Kolumbiyada bombalı hücum: 14 nəfər ölüb
06 May 2026 13:22
Çində kömür mədənində qəzada 8 nəfər ölüb
23 May 2026 08:56
Kolumbiyada mədəndə partlayış: Yeddi nəfər öldü
06 İyun 2026 12:36
Kolumbiyada tələbə avtobusu qəzasında 10 nəfər ölüb
25 May 2025 12:26
Kolumbiyada aviabazaya hücum nəticəsində 5 nəfər ölüb
22 Avqust 2025 02:42
Baxış sayı:141
Bu xəbər 05 May 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















