“Komandamızın tam formalaşması üçün zamana ehtiyac var”
Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Futzal üzrə Avropa çempionatının əsas mərhələsində Azərbaycan yığması bu gün növbəti oyununu keçirəcək.
Futbolpress.az xəbər verir ki, millimiz səfərdə Xorvatiya yığmasının qonağı olacaq. Son 2 məşqini matçın keçiriləcəyi arenada reallaşdıran komandamızın təcrübəli üzvlərindən Fərid Atakişiyev Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları deyib:
“Artıq 4 gündür bu oyunun hazırlığını davam etdiririk. Bakıdakı 2 günlük məşqlərdən sonra son 2 məşqimizi Pula şəhərində reallaşdırdıq. Təbii ki, səfərə erkən yollanmağımız zala yaxşı bələd olmağımız və vaxta uyğunlaşmağımız baxımından vacib idi. Bu cür oyuna hazırlaşmaq üçün 4 gün az olsa da, maksimum istifadə etməyə çalışdıq.
Komanda olaraq istəkliyik. Əlbəttə, bilirik ki, bizi ağır oyun gözləyir. Xorvatiya millisi hər zaman öz dəsti-xətti ilə seçilib. Güclü, iddialı rəqibdir, qrupun favoritidir. Bu görüşdən sonra Bakıda Yunanıstanla qarşılaşacağıq. Son illər inkişaf edən Yunanıstan millisi seçmə məthələyə iddialı başlayıb. İlk oyunda səfərdə İsveçi məğlub etməkləri bunun göstəricisidir. Təbii ki, Bakıdakı görüş fərqli olacaq.
İndiki məqamda bütün diqqətimizi Xorvatiya ilə oyuna yönəltmişik. Rəqib komandanı məşqçilər korpusu analiz edib. Zəif, istifadə edə biləcəyimiz cəhətlərini deyiblər. Heyətimizdə həm gənc, həm də təcrübəli futzalçılar var. Əl-ələ verib uğurlu nəticə qazanmaq üçün mübarizə aparacağıq. Komandamızın tam formalaşması üçün zamana ehtiyac var. Hər şey yaxşı olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 13 İyun 2026 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















