Icma.az
close
up
RU
Komandanı itirməmək üçün mən ondan həm insan, həm də futbolçu kimi imtina etdim

Komandanı itirməmək üçün mən ondan həm insan, həm də futbolçu kimi imtina etdim

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İtaliya yığmasının baş məşqçisi Luçano Spalletti Mauro İkardini avtobioqrafiyasında belə təsvir edib:

Sportal.az xəbər verir ki, 66 yaşlı mütəxəssis İkardinin "İnter"də baş məşqçi olarkən heyətində oynamasından söz açıb:

"İkardi "İnter"in kapitanı idi. Möhtəşəm futbolçu, cərimə meydançasında nadir rast gəlinən bir "yırtıcı" idi. Derbilərdə vurduğu gözəl qolları xatırlayıram. O, mənim 'İnter'imdə açar oyunçu idi. Filippo İnzaqi'nin daha güclü bir versiyası, cərimə meydançasında əsl leş yeyən. İndi də Türkiyədə bu cür oynayır.

Amma bir anda başa düşdüm ki, kapitanımızın zəif nöqtəsi Vanda idi və bu, bütün komandanın dağılmasına səbəb ola bilərdi. Bunu isə yol verə bilməzdim.

O dövrdə Mauro futbol meydanında ən yaxşı günlərini yaşamırdı, adət etdiyi qədər qol vurmurdu. Vanda dedi ki, əgər İkardinin daha çox qol vurmasını istəyirsinizsə, ona daha layiqli köməkçilər tapmaq lazımdır. Qısaca, daha güclü tərəfdaşlar transfer edilməlidir. Bu isə inanılmaz bir açıqlama idi. Bu, sadəcə Whatsapp mesajı, Instagram hekayəsi və ya bir 'like' ilə ötüşəcək məsələ deyildi. Hər şeyi aydınlaşdırmaq üçün bir-birimizin gözünə baxaraq, köhnə üsulla danışmaq lazım idi.

Komandadakı münaqişənin qarşısını almağın bir yolu var idi: İkardinin üzr istəməsi. Amma bu baş vermədi. Ertəsi gün bütün komanda qarşısında Vandanın sözlərini izah etməsini istədim. İkardi isə cavab verdi ki, bu sözləri onun həyat yoldaşı Vanda deyil, agenti Vanda deyib.

Bu vəziyyəti həll etmək mümkün olmadı. Başqa çıxış yolu yox idi. Ona bəzi şeyləri deməli oldum, kapitanlıq sarğısını əlindən alıb Handanoviçə verdim. Mauro bunu çox pis qarşıladı.

Komandanı itirməmək üçün mən İkardidən həm insan, həm də futbolçu kimi imtina etdim."

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://sportal.az
archiveBu xəbər 07 May 2025 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see148

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri