Komandası mərhələ adladı, Mahir isə...
Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
Polşanın "Rakuv" klubunun heyətində çıxış edən millimizin hücumçusu Mahir Emreli İsveç səfərində növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Polşa təmsilçisi Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Hammaribu"nun qonağı olub və minimal hesablı (0:1) qələbəyə sevinib.
Baş məşqçi David Kroçek bu qarşılaşmada Mahir Emreliyə ilk dəqiqələrdən etibar edərək onu start heyətində meydana buraxıb. Hücumçumuz matçın ilk hissəsində və ikinci hissənin startında rəqib müdafiəçilərə qarşı aktiv mübarizəsi ilə diqqət çəkib. "Rakuv"a qələbə qazandıran yeganə qolu ilk hissənin uzatma dəqiqələrində (45+3) E. Svarnas vurub.
Gərgin keçən qarşılaşmanın 68-ci dəqiqəsində Mahir Emreli qayda pozuntusuna görə sarı vərəqə ilə cəzalandırılıb. Baş məşqçi 74-cü dəqiqədə taktiki gediş edərək hücum xəttini təzələmək qərarına gəlib və millimizin üzvünü L. Diabi ilə əvəzləyib.
Kamil Xudiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 14 Avqust 2026 00:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















