Icma.az
close
up
RU
Kombilər sökülə bilər: Ev sahiblərini nələr gözləyir?

Kombilər sökülə bilər: Ev sahiblərini nələr gözləyir?

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda 2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında qazla işləyən istilik sistemlərinin elektrik istilik nasosları ilə əvəzlənməsi nəzərdə tutulur. Bu plan gələcəkdə mənzillərin istiliklə təminatında ciddi dəyişikliklərin baş verəcəyini göstərir. Lakin hazırda evlərində kombi sistemi quraşdırmış vətəndaşların vəziyyəti suallar doğurur. Onların mövcud istilik sistemlərindən istifadəsinə icazə veriləcəkmi, yoxsa kombilərin dəyişdirilməsi tələb olunacaq? Bəs bu keçidin maliyyə yükünü kim daşıyacaq?

Mövzunu "Azpolitika"ya şərh edən iqtisadçı ekspert Razi Abbasbəyli bildirib ki, dünyanın inkişaf etmiş ölkələri 2030-cu ilədək neftdən və digər ənənəvi enerji mənbələrindən asılılığı azaltmağı hədəfləyirlər. Bu, həm nəqliyyat vasitələrində, həm də mənzillərin istiliklə təmin olunmasında alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsini nəzərdə tutur. Avropa ölkələri də bu istiqamətdə müvafiq hazırlıq işləri aparırlar:

"Azərbaycanın da qlobal proseslərə uyğunlaşması, dünya standartlarından geri qalmaması üçün bu istiqamətdə addımlar atması vacibdir. Hesab edirəm ki, ölkəmizdə də zamanla mənzillərin qazla deyil, elektrik enerjisi və ya digər alternativ mənbələr hesabına isidilməsinə keçid edilməlidir. Lakin burada əsas məsələ mənzillərin fərdi qaydada deyil, mərkəzləşdirilmiş istilik sistemləri vasitəsilə qızdırılmasıdır. Mənzillərin istiliklə təminatında mərkəzləşdirilmiş sistemlərə üstünlük verilməsi qazdan asılılığın azaldılmasına imkan yarada bilər. Çünki fərdi istilik sistemlərindən istifadə zamanı, hətta elektrik enerjisi ilə işləyən cihazlardan yararlanıldıqda belə, elektrik enerjisinin istehsalında təbii qazdan və ya mazutdan istifadə mümkündür. Buna baxmayaraq, fərdi və kollektiv istilik sistemləri arasında mühüm fərqlər mövcuddur. Dünyanın əsas hədəflərindən biri də məhz bu istiqamətdə dəyişikliklərə nail olmaqdır. Bir sıra ölkələrdə belə təcrübə uzun illərdir tətbiq edilir. Avropanın bir çox dövlətlərində mənzillərdə fərdi kombi sistemlərindən istifadə olunmur. Hətta bəzi ölkələrdə yaşayış binalarına ümumiyyətlə qaz xətti çəkilmir. Mətbəxdə də qaz plitələri əvəzinə elektrik cihazlarından istifadə edilir. Mənzillərin istilik təminatı isə mərkəzləşdirilmiş sistemlər vasitəsilə həyata keçirilir".

Ekspertin sözlərinə görə, Azərbaycanda da bu prosesə mərhələli şəkildə keçilməlidir:

"Burada söhbət təkcə ekoloji problemlərin həllindən getmir. Eyni zamanda, insanların təhlükəsizliyinin təmin edilməsi də mühüm məsələdir. Statistik göstəricilərə nəzər salsaq, kifayət qədər narahatedici mənzərə ilə qarşılaşarıq. Hər il qazdan zəhərlənmə, qaz sızması nəticəsində baş verən yanğın və partlayışlar insanların həyatına son qoyur. Deməli, məsələ yalnız ekologiya ilə məhdudlaşmır. Vətəndaşların təhlükəsiz şəraitdə yaşamasının təmin edilməsi də prioritet olmalıdır. Bu baxımdan hesab edirəm ki, belə bir qərar düzgün istiqamətdə atılmış addımdır. Lakin bu keçidin dərhal həyata keçirilməsi nəzərdə tutulmamalıdır. Çünki vətəndaşlar indiyədək mənzillərində fərdi istilik sistemləri qurub, kombi cihazları alıb, qaz xətləri çəkdirib və qazla işləyən digər avadanlıqlar quraşdırıblar. Bütün bunlar onların çəkdiyi ciddi maliyyə xərcləridir və həmin xərclər nəzərə alınmalıdır. Bu səbəbdən proses mərhələli şəkildə həyata keçirilməlidir. İlk növbədə, bundan sonra tikiləcək yaşayış binalarında qaz təminatından imtina edilməsi nəzərdə tutula bilər. Yəni yeni tikilən və istismara veriləcək binalara qaz xəttinin çəkilməməsi mərhələli şəkildə tətbiq olunar. Eyni zamanda indiyədək tikilmiş, lakin hələ qazla təmin edilməmiş yaşayış binalarının gələcək taleyi də aydınlaşdırılmalıdır. Əgər həmin binalara indiyədək qaz verilməyibsə, gələcəkdə də qaz təminatının həyata keçirilməyəcəyi nəzərdə tutulursa, bu, əvvəlcədən vətəndaşlara aydın şəkildə bildirilməlidir. Belə olan halda yeni yaşayış binalarında qazdan və fərdi kombi sistemlərindən istifadə edilmədən, elektrik enerjisi hesabına isitmə modelinə keçid mümkün ola bilər".

Razi Abbasbəyli əlavə edib ki, burada ciddi bir problem mövcuddur:

"Azərbaycanda elektrik enerjisinin tarifləri yüksəkdir. Belə bir sual yaranır: Vətəndaş mənzilini yalnız elektrik enerjisi ilə qızdırmalı olacaqsa, yemək bişirmək, suyu isitmək və digər məişət ehtiyaclarını qarşılamaq üçün də elektrik enerjisindən istifadə edəcəksə, bu, onun aylıq xərclərinə necə təsir göstərəcək? Mövcud problemlər həll edilmədən belə bir keçidin həyata keçirilməsi vətəndaşların üzərinə ciddi maliyyə yükü qoya bilər. Bu məqam mütləq nəzərə alınmalıdır. Ona görə də keçid mərhələli şəkildə aparılacaqsa, paralel olaraq elektrik enerjisinin tariflərinə də yenidən baxılmalıdır. Əhali üçün müxtəlif güzəştlər, güzəşt paketləri və xüsusi tariflər tətbiq olunmalıdır. Məqsəd bu dəyişikliklərin vətəndaşların sosial vəziyyətinə mənfi təsir göstərməsinin, yaşayış xərclərinin kəskin artmasının qarşısını almaq olmalıdır. Ümumilikdə hesab edirəm ki, bu qərar doğru istiqamətdə atılmış addımdır. Azərbaycan da dünyanın bir parçasıdır və inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanmalıdır".

Müşviq Tofiqoğlu

Azpolitika.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Noyabr 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri