Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

“Komedixana” ilə bağlı müzakirələr böyüyür

“Komedixana” ilə bağlı müzakirələr böyüyür

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Komedixana” verilişində yayımlanan bir səhnəcik cəmiyyətdə müzakirələrə səbəb olub. Ailəsi tərəfindən həyat tərzinə görə rədd edilən qızın atasına və əmisinə bahalı hədiyyələr verdikdən sonra yenidən qəbul olunması tənqid edilib. Bəzi ziyalılar səhnəciyin milli-mənəvi dəyərlərə və Azərbaycan ailə modelinə zidd mesajlar verdiyini bildirirlər.

Bəs yumor adı altında təqdim olunan bu cür məzmun cəmiyyətə necə təsir edir?

Mövzu ilə bağlı kulturoloq Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloqAydın Xan Əbilov “Yeni Sabah”a danışıb. İnternetdən sifariş

Kulturoloq bildirib ki bu gün incəsənət də dövrə uyğun dəyişir. Sosial şəbəkələr, xüsusilə “TikTok” klassik sənət anlayışını arxa plana keçirir:

“Müasir dövrdə klassik sənət nümunələri, incəsənətin müxtəlif sahələri, o cümlədən teatr, kino, televiziya və sosial verilişlər daha çox zamanın nəbzini tutmağa çalışır. Əvvəlki klassik, peşəkar estetik dəyərlər bir növ arxa plana keçir. “Facebook”, “Twitter”, “İnstagram”, xüsusilə də “TikTok” düşüncə tərzi və “TikTok” estetikası klassik yanaşmanı sıxışdırmağa başlayıb. Bu baxımdan, hansı ölkələrdə teatr, kino sənəti və seriallar yeni nəslin – Z nəslinin nümayəndələrinin düşüncə tərzinə uyğun sənət əsərləri ortaya qoyursa, həmin sahələr biznes və kreativ sənaye baxımından uğur qazana bilir. Beləliklə, gəlir əldə edir, öz fəaliyyətlərini davam etdirə və ayaq üstə dura bilirlər”.

Əbilovun sözlərinə görə, “Komedixana” yumor və satira ilə cəmiyyətdə baş verən hadisələri göstərməyə çalışır:

“Azərbaycanda isə klassik teatr ənənələrinin, müəyyən köhnə sənət ənənələrinin davam etdirilməsinə çalışılır. Bu səbəbdən həmin sahələr məcburən dövlət dotasiyasına üz tuturlar və hər il büdcələrinin formalaşdırılması üçün dövlətdən vəsait alırlar. Bu baxımdan, “Komedixana” televiziya verilişində və hazırlanan səhnəciklərdə müəyyən mənada Azərbaycanın qəbul edilmiş mental dəyərlərinə uyğun olmayan, lakin insanların artıq adi qarşıladığı, real həyatda rastlaşdığı bir çox hadisələr cəmiyyətə təqdim olunur. Əlbəttə, bu təqdimat bəzən yumor, bəzən də satira formasında olur. Yumorla satiranın fərqi isə məlumdur. Yumor daha çox gülüş doğuran, tərbiyəvi və düşündürücü janr forması hesab olunur. Bu, həm ədəbiyyatda, həm kinoda, həm də teatr və dramaturgiyada qəbul edilmiş yanaşmadır. Satira isə ifşaedici, kəskin tənqid üzərində qurulur. İctimai, siyasi, sosial və mənəvi problemləri sərt şəkildə tənqid etməklə cəmiyyətin diqqətini həmin məsələlərə yönəltmək, onların aktuallığını geniş kütlələrə çatdırmaq üçün istifadə olunan janrdır.

“Komedixana” çalışır ki, həm satiranın, həm də yumorun ən yaxşı tərəflərini səhnəciklərində, xüsusilə televiziya verilişində hibrid formada cəmiyyətə çatdırsın.

Son vaxtlar “Komedixana”, “Bu Şəhərdə”, “Parni iz Baku” kimi layihələrə rast gəlirik. Bunlar, demək olar ki, eyni estetik məktəbin müasir istiqamətlərində inkişaf edən və uğur qazanan sənət nümunələridir. Hər üç layihədə ilk baxışdan Azərbaycan milli-mənəvi dəyərlərinə zidd görünən, həmin dəyərlərə hörmətsizlik təsiri bağışlayan, yanlış mesajlar verən səhnələrdən istifadə olunur. Amma əslində, bu səhnələr cəmiyyətdə baş verən hadisələri sənət güzgüsü vasitəsilə özümüzə qaytarır”.

O, mənfi obrazların nümayişinin avtomatik olaraq həmin davranışların təbliği anlamına gəlmədiyini də vurğulayıb:

“Məgər Azərbaycanda artıq tək-tük deyil, getdikcə çoxalan belə hadisələr baş vermirmi? Məgər ətraf aləmdə özünü çox qapalı aparan, lakin arxasınca taksiyə minib müəyyən yerlərə gedən qadınların, qızların, həyat yoldaşlarını yola salan kişilərin sayı artmırmı? Əlbəttə, belə hallar çoxalır. Bunları sənət dili ilə cəmiyyətə çatdıranda sanki milli-mənəvi dəyərlərə hörmətsizlik etmiş oluruq. Ədəbiyyatçılardan tutmuş teatr xadimlərinə qədər bir çoxları da bu cür əsərləri tənqid edir. Halbuki cəmiyyətdə həm tərbiyəvi, həm də tənqidi məzmun daşıyan, sosial problemləri gündəmə gətirən sənət əsərlərinə ehtiyac var. Ancaq bu səhnəciklərin cəmiyyətə hansı mənəvi mesajı verdiyi və hansı təsir göstərdiyi artıq başqa bir araşdırmanın və ekspert rəylərinin predmetidir. Əks halda, döyüş filmlərini, qorxu filmlərini və bu tipli əsərləri də qadağan etmək lazım gələrdi. Çünki həmin ekran əsərlərində quldurlardan tutmuş cinayətkarlara, seriyalı qatillərdən tutmuş manyaklara qədər müxtəlif mənfi obrazlar təqdim olunur. Bu o deməkdir ki, həmin filmlər cinayətkarlığı təbliğ edir, gənclərin mənəviyyatını pozur və onları cinayətə sövq edir? Əlbəttə, bu əsərlərin müəyyən təsiri var, amma düşündüyümüz qədər də birbaşa təsir göstərmir. İnsan filmə baxarkən mənfi qəhrəman olmaq istəmir, əksinə, müsbət obrazla özünü eyniləşdirməyə çalışır. Bunu müharibədə Zəfər qazanan gənclərimizin timsalında da gördük.

Amma komediya janrından cəmiyyətin problemlərini göstərməklə yanaşı, maarifləndirici, düşünən vətəndaş yetişdirməyi də tələb edə bilməliyik. Komediyanın özünəməxsus estetik tələbləri var. Bu tələblər yumordan, lazım gəldikdə isə satiradan istifadə etməklə cəmiyyətdəki problemləri insanların diqqətinə çatdırmağı, onları sərt şəkildə tənqid etməyi və həmin problemlərin aradan qaldırılması üçün çıxış yolları göstərməyi nəzərdə tutur”.

Əsmətxanım Rzazadə


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 Noyabr 2026 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see434

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see327

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see325

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see304

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see298

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see284

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see282

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see272

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see253

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see237

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see232

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see215

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see214

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see205

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see199

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see195

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see191

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see191

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see186

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri