Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Komissar ruhlar şəhəri ndə yenidənqurmaya heyran olub ŞƏRH

Komissar ruhlar şəhəri ndə yenidənqurmaya heyran olub ŞƏRH

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rizvan Nəbiyev: "İstənilən halda Avropa İttifaqının yeni reallıqları nəzərə alaraq öz siyasətində dəyişiklik etməsinin tam zamanıdır"


Prezident İlham Əliyev Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosu qəbul edib. Komissar Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlığın qurulduğunu deyərək, həmçinin nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu vurğulayıb.

Qonaq bildirib ki, Avropa İttifaqı regionda davamlı sülhün təmin olunmasına yönəlmiş səylərə və Azərbaycanın humanitar minatəmizləmə sahəsindəki fəaliyyətinə dəstəyini bundan sonra da davam etdirəcək. Marta Kos Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəlilədilməsi istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə dövlət başçısına təbriklərini çatdırıb. Prezident İlham Əliyev bu ilin mayında Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşünü məmnunluqla xatırladıb. Regionda nəqliyyat bağlantılarının yaradılması üçün yaxşı imkanların olduğunu deyən Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı Azərbaycanın intensiv işlər gördüyünü qeyd edib. Bu xüsusda Zəngilana gedən avtomobil və dəmir yolu xətlərinin əhəmiyyətini vurğulayıb. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə toxunan dövlət başçısı Azərbaycan qazının hazırda Avropanın 10 ölkəsinə, o cümlədən Avropa İttifaqına üzv 8 dövlətə ixrac olunduğu dedi və ixrac coğrafiyasının genişləndiyini qeyd edib. Görüşdə Orta Dəhliz ilə Mərkəzi Asiyadan Azərbaycana gələn yüklərin həcmində əsaslı dərəcədə artımın müşahidə olunduğu bildirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdən sonra Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos Ağdam şəhərinə səfər edib. O, rayon ərazisində minatəmizləmə fəaliyyəti ilə tanış olub. Komissara şəhər haqqında ümumi məlumat verilib. Marta Kos Ağdamda jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan Hökumətinin azad edilmiş ərazilərdə apardığı bərpa-quruculuq işləri heyranedicidir: "Qarabağda, Ağdamda olmağımdan çox təsirlənmişəm. Sizin ölkənizin uzun illər boyu müharibədən əziyyət çəkmiş bu ərazini tikib-qurması inanılmazdır. Mən sizin hökumətinizin insanların buralara qayıtması üçün yeni şəhərlər ərsəyə gətirmək cəsarətinə heyran qalmışam. Bir neçə məsələni vurğulamaq istərdim. Birincisi, heç bir müharibə yaxşı deyil. Müharibə insanların həyatını məhv edir. Müharibə həmişə acı nəticələrlə və dərin yaralarla dolu olur. İkincisi, əgər siz sülh tərəfdarısınızsa, müharibəni dayandırmalı və sülh üçün bir iş görməlisiz. Bu da Azərbaycan və Ermənistanın etdiyi bir şeydir. Üçüncüsü isə budur ki, Avropa İttifaqı bu məsələdə kömək etməyə hazırdır". Komissar deyib ki, o, azad edilmiş ərazilərlə bağlı maliyyə razılaşmasının imzalanacağına ümid edir: "Mən Azərbaycan və Avropa İttifaqı arasında əlaqələri yeni səviyyəyə yüksəltməyə can atıram".


Millət vəkili Rizvan Nəbiyev Sherg.az-a açıqlamasında deyib ki, İkinci Qarabağ müharibəsindən və suverenliyimizin bərpasından sonra yeni yaranmış reallıqlar şəraitində Azərbaycanın Qərblə münasibətləri kontekstində üç aktoru, üç qüvvəni müəyyən edə bilərik - ABŞ, Avropa İttifaqı və Aİ-yə üzv olmayan Avropa dövlətləri. Deputat diqqətə çatdırıb ki, Avropa İttifaqı zaman-zaman, xüsusən torpaqlarımız işğal altında olarkən Azərbaycana qarşı qərəzli mövqeyi ilə gündəmə gəlib: 

"Avropa Parlamenti qərəzli mövqeyindən bu gün də əl çəkməyib. Amma Şanlı Zəfərimiz nəticəsində yaranmış yeni reallıqların üstünlükləri Brüsseldə də qəbul olunur və bu, xüsusilə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ikinci kabinetinin ölkəmizə münasibətdə sərgilədiyi mövqedə müşahidə olunur. Bu kontekstdə genişlənməyə məsul komissarın Azərbaycana səfərinə son dövrlərdə Aİ rəsmiləri ilə Azərbaycan arasında intensivləşən səfərlər kontekstində baxmaq lazımdır. Mart ayında enerji komissarı, apreldə təhlükəsizlik məsələlərindən məsul vitse-prezident ölkəmizdə olmuşdu. May ayında cənab Prezidentin Albaniyada Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Aİ-nin Prezidenti Fon der Lyayenlə görüşü baş tutmuşdu. Ötən ay Cənubi Qafqaz üzrə xüsusi nümayəndəni cənab Prezident Bakıda qəbul etmişdi. İndi isə Aİ-nin genişlənmə məsələləri üzrə komissarı ölkəmizə səfəri çərçivəsində həmçinin işğaldan azad edilmiş ərazilərə, Ağdam rayonuna səfər edib və orada minatəmizləmə fəaliyyəti ilə tanış olub. Bu, Aİ-nin Azərbaycana yönəlik siyasətində reallığı əks etdirən yanaşmanı qəbul etməsi üçün çox vacib nüansdır. Komissar "ruhlar şəhəri", "Qafqzın Hirosiması" kimi tanınan Ağdamla tanışlıq şəraitində Azərbaycanın məruz qaldığı işğalın real nəticəsini yerində görəcək. Bununla yanaşı, bərpa quruculuq işləri ilə yerindəcə tanışlıq nəticəsində Azərbaycanın sülh gündəliyinin real nəticələrini görəcək". 


Parlament üzvü vurğulayıb ki, Ağdam və işğaldan azad edilmiş rayonlarımızın minalardan təmizlənməsi uzun vaxt və böyük resurs tələb edən məsələdir:

 "Azərbaycan öz real imkanları ilə bərpa-quruculuq işlərini davam etdirir. Bu məsələlər eyni zamanda ikitərəfli və çoxtərəfli münasibətlər aspektində əməkdaşlıq üçün bir platformadır. Avropa İttifaqının postmüharibə dövründə barışıq istiqamətində geniş potensialı və təcrübəsi var. İkinci Dünya müharibəsindən sonra bu qurumun formalaşmasında iştirak edən 6 dövlət ilk növbədə müharibəyə səbəb ola biləcək resursları – kömür və polad sənayesinin idarəsini əlaqələndirdilər. Bizim regionda isə belə əlaqələndirici sülhə və sabitliyə xidmət edən məsələlər sırasında transit-nəqliyyat infrastrukturu layihələri yer alır. Enerji sahəsində əməkdaşlıq da hansısa mərhələdə müzakirə mövzusu olacaq. Həmçinin, insanlararası əlaqələr qurulması məsələsində Aİ-nin təcrübəsindən yararlanmaq mümkündür". 


R.Nəbiyev vurğulayıb ki, Avropa İttifaqı ilə münasibətlərdə yer alan çox mühüm məqamlardan biri logistika-nəqliyyat məsələsidir: 

"Qara dəniz Avropanı Cənubi Qafqazla birləşdirən məkan olmalıdır, ayırıcı yox. Qara dəniz Avropa İttifaqı ölkələrini eyni zamanda Gürcüstan və Azərbaycan vasitəsilə Mərkəzi Asiya ilə birləşdirir. Avropa İttifaqının Mərkəzi Asiya ilə münasibətlərində də intensivləşmə müşahidə olunur. Brüssel Mərkəzi Asiya ölkələrinə münasibətdə "Qlobal Gateway" (Qlobal keçid) təşəbbüsü çərçivəsində əməkdaşlıq təklif edib. 2021-ci ildə start verilən "Qlobal Gateway" layihəsinin 300 milyard avroluq büdcəsi var və beynəlxalq müstəvidə 90 layihəni əhatə edir. 2030-cu ilədək tranzit infrastrukturun yaradılması məqsədilə Mərkəzi Asiya ölkələrinə 10 milyard avro investisiya yatırmaq istəyirlər. Avropa İttifaqı müəyyən xammalın, qiymətli metalların Mərkəzi Asiyadan ixracında maraqlıdır. Eyni zamanda Avropa İttifaqı ilə Çin arasında intensivləşən ticari münasibətlərdə tranzit ölkə kimi Azərbaycan Orta dəhlizin vacib hissəsi kimi mühüm rol oynayır. Bu, həmçinin Zəngəzur dəhlizi üçün uğurlu perspektiv vəd edir. İstənilən halda Avropa İttifaqının yeni reallıqları nəzərə alaraq, öz siyasətində dəyişiklik etməsinin tam zamanıdır və bu istiqamətdə fəaliyyət sərgiləndiyi müşahidə olunur. Bu reallığı yaradan Azərbaycanın sülh gündəliyi və yeni reallıq şəraitində əməkdaşlığı müəyyən edən Azərbaycan Prezidenti İlham Əliyevin strateji vizyonudur. Bu əməkdaşlıq platformasında ayrı-ayrı aktorlar yer almaq istəyir və onun üçün Bakıya səfərlə intensivləşib".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Sentyabr 2025 08:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri