Komitə: qanunvericiliyin tələblərini pozanlardan 33,5 kiloqramdan çox qızılzinət əşyaları aşkar edilib
Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.
2024-cü ildə qanunvericiliyin tələblərini pozan şəxslərdən 33,5 kiloqramdan çox qızıl-zinət əşyaları aşkar edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
İl ərzində gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycanın gömrük sərhədindən keçirilməsi üzərində valyuta nəzarətini həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdə 523 907 ABŞ dolları, 11 560 900 rus rublu, 15 000 funt sterlinq, eləcə də 33,5 kiloqramdan çox qızıl zinət əşyaları və külçə, 2739 ədəd gümüş zinət əşyaları və gümüş külçələr və 575.989 karat qiymətli daşlar aşkar olunub.

Azərbaycanda ötən il qanundankənar 33,5 kq qızılzinət əşyaları aşkarlanıb
14 Yanvar 2025 14:23
Ötən il Azərbaycan gömrüyündən 33 kiloqramdan çox qızılzinət əşyaları keçirilməsinin qarşısı alınıb AZƏRTAC
14 Yanvar 2025 15:51
Azərbaycan vətəndaşından gömrük bəyanı edilməmiş qızılzinət əşyaları aşkar edilib
16 Noyabr 2024 19:45
Azərbaycan vətəndaşından bəyanı edilməmiş qızılzinət əşyaları aşkar edildi
17 Noyabr 2024 13:28
Evdən qızılzinət əşyaları oğurlayan qadın SAXLANILDI
07 Dekabr 2024 11:55

