Icma.az
close
up
RU
Komitə sədri 32 ci Beynəlxalq Hüquq və Din Simpoziumunda çıxış edib

Komitə sədri 32 ci Beynəlxalq Hüquq və Din Simpoziumunda çıxış edib

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-də "İnkişaf üçün yolların qurulması: Dini etiqad azadlığının regional, milli və beynəlxalq mühafizəsi" mövzusunda keçirilən 32-ci Beynəlxalq Hüquq və Din Simpoziumunda çıxış edib.

BAKU.WS xəbər verir ki, Dövlət Komitəsinin sədri çıxışında Azərbaycanda dini etiqad azadlığı, multikulturalizmin təşviqində cəmiyyətin rolu və dövlət siyasətinin qarşılıqlı əlaqəsi barədə danışıb. Komitə sədri vurğulayıb ki, ölkəmizdə din dövlətdən ayrıdır. Buna baxmayaraq dövlət ölkədə yaşayan bütün dini icmalara hörmət və həssaslıq nümayiş etdirir. Bu yanaşma Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı siyasət və təşəbbüslərdə, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və inşası da daxil olmaqla, dini ibadət yerlərinə göstərilən dövlət dəstəyində təzahür edir. Azərbaycan tolerantlıq və dinlərarası harmoniya modelini daha da gücləndirib. Dövlət müxtəlif dini icmalara maliyyə yardımları və institusional dəstək göstərərək onların sərbəst fəaliyyəti üçün zəruri şərait yaradır.

Bu siyasətin işğaldan azad olunmuş ərazilərimizdə də uğurla davam etdirildiyini bildirən Ramin Məmmədov qeyd edib ki, Qarabağda ciddi zərər görmüş dini abidələrimiz üçün yeni bir mədəni və mənəvi dirçəliş dövrü başlanıb. Bərpa işləri yalnız İslam irsinin deyil, eyni zamanda regionun zəngin və çoxşaxəli tarixi irsini əks etdirən xristian abidələrinin də qorunub saxlanmasına xidmət edir. Bu addımlar Azərbaycanın dini-mədəni müxtəlifliyi qoruyaraq gələcək nəsillərə ötürən ardıcıl və prinsipial siyasətinin nümunəsidir. Din azadlığının təkcə hüquqi sənədlərdə deyil, eyni zamanda institusional səviyyədə qorunmasının önəminə toxunan Komitə sədri bu sahədə uğurlu nümunələrin tətbiqinin əhəmiyyətli olduğunu qeyd edib.

Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov simpoziumdakı çıxışında dünyada mövcud olan dünyəvi dövlət modellərini şərh edib. Azərbaycanın müsəlman şərqində dünyəvi hüquq sistemini qəbul edən və fərqli din, məzhəblərə mənsub şəxslərə bərabər imkanlar təmin edən ilk ölkə olduğunu bildirib. Rektor həmçinin vurğulayıb ki, Azərbaycan İlahiyyat İnstitutu neytral və elmi yanaşmaya söykənən təhsil verir. İslamın bütün məzhəblərinin yanaşmaları obyektiv şəkildə təqdim olunur, eyni zamanda dünya dinləri haqqında müzakirələr elmi təsvir metoduna əsaslanır. Bu baxımdan İnstitut İslam dünyasında nadir və nümunəvi model sayılır.

Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-yə səfəri çərçivəsində Briqam Yanq Universitetində təşkil edilən kursda Azərbaycan dilini öyrənən tələbələrlə də görüşüb. Görüş zamanı Ramin Məmmədov tələbələrə Azərbaycan tarixi, mədəniyyəti, dili və ölkəmizdə mövcud olan multikultural dəyərlər barədə məlumat verib.

Tələbələr Azərbaycana, xalqımızın tarixi və mədəniyyətinə dair məlumatları maraqla qarşıladıqlarını bildiriblər. Gələcəkdə Azərbaycan haqqında daha dərindən öyrənmək, ölkəmizin tarixi, mədəni irsi, adət-ənənələri və ictimai mühiti ilə daha yaxından tanış olmaq arzusunda olduqlarını ifadə ediblər.

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://baku.ws
archiveBu xəbər 09 Oktyabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri