Komitə sədri: Gənclər milli mənəvi dəyərlərə bağlı olmalıdır
Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Gənclər milli-mənəvi dəyərlərə bağlı olmaqla yanaşı, geniş dünyagörüşlü, əxlaqlı və məsuliyyətli vətəndaşlar kimi formalaşmalıdırlar.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Gənclər və İdman Nazirliyi ilə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfransda deyib.
O bildirib ki, gənclərin tərbiyəsi yalnız milli-mənəvi dəyərlərin aşılanması ilə məhdudlaşmır. Eyni zamanda gələcək Azərbaycan cəmiyyətinin hansı dəyərlər, düşüncə tərzi və vətəndaşlıq məsuliyyəti üzərində qurulacağı da vacib məsələdir.
Məmmədovun sözlərinə görə, gənclər Azərbaycan dövlətinin inkişafına və rifahına töhfə verən addımları ilə seçilməli, bəşəriyyətə fayda verə biləcək nümunəvi şəxslər kimi yetişməlidirlər.
"Dövlət başçımızın hər bir vətəndaş qarşısında qoyduğu əsas vəzifələrdən biri də budur. Biz dövlətimizi sevməli, onun dəyərini bilməli və gücləndirilməsi üçün dayanmadan, yorulmadan fəaliyyət göstərməliyik”, – deyə o qeyd edib.
Komitə sədri əlavə edib ki, məqsəd gənclərin yalnız dini etiqad azadlığına hörmət olunan və ailə dəyərlərinə bağlı fərdlər kimi deyil, həm də əxlaqlı, mədəni və geniş dünyagörüşlü vətəndaşlar kimi formalaşmasıdır.
Şahanə Ziyad
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 09 Oktyabr 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















