Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Komitə sədri: “O maneələri heç deputatlar da aşa bilmir”

Komitə sədri: “O maneələri heç deputatlar da aşa bilmir”

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin insan hüquqları komitəsinin sədri Zahid Oruc rəhbərlik etdiyi komitənin bu gün keçirilən iclasında deputat Səyyad Aranın dövlət qurumlarının fəaliyyəti ilə bağlı qaldırdığı məsələyə münasibət bildirərkən deyib.

"Səhiyyə naziri qəbula gedir, ona yaxın düşmək olmur", - S.Aran söyləyib. 

Z.Oruc isə bildirib ki, iş təcrübəsi olan kadrlar işdən çıxarılır: “Bu insanların illərlə təcrübəsi var. Onlar əslində iş üsulunu bilirlər, öz üzərlərində ictimai təzyiqi və tələbləri hiss etmiş insanlardır. Yəni xalqın imtahanından keçiblər”, - o bildirib. 

Komitə sədri söyləyib ki, bununla bağlı davamlı olaraq məsələlər qaldırılır, amma problem həll edilmir: “Ümumiyyətlə dövlət qurumlarında işə qəbul sisteminin mərkəzləşdirilməsində bir sıra hallarda ciddi qüsurlara yol verilir. Bu, açıq-aydın olan məsələdir. Halbuki onların hamısı dəfələrlə dövlətin əsas sınaqlarından keçmiş insanlardır”.

Z.Oruc qeyd edib ki, burada çevik mexanizm yaratmaq lazımdır: “Bu mexanizm respublikanın  bütün regionunda, ən ucqar bir kənddə olan bir şəxs, vətəndaş bu sahədə çox asanlıqla su sistemlərinə işə qəbul oluna bilsin və açıq, şəffaf bir sistemi görə bilsin”.

Komitə sədri bildirib ki, icbari tibbi sığorta çərçivəsində özəl xəstəxanalara göndərişlər maksimum dərəcədə azalıb və tibbi xidmət almaq üçün hətta deputatların da keçə bilmədiyi maneələrlə üzləşiblər:

“Özəl xəstəxanalara göndərişlər maksimum dərəcədə azalıb. Bu da əhalinin mühüm bir yükünü üzərinə götürən özəl tibb müəssisələrinin gəlirlərinin azalmasına, vətəndaşların yenidən icra hakimiyyəti orqanlarına və parlament üzvlərinə müraciət etməsinə səbəb olur”.
Onun sözlərinə görə, deputatlara ünvanlanan müraciətlərdə müalicə üçün yardım istəyən vətəndaşların sayı yenidən artmağa başlayıb.

“Açıq deyirəm ki, bu məsələlərlə bağlı parlament üzvlərinin özünün belə keçə bilmədiyi baryerlər yaranıb. Bu barədə müvafiq açıqlamalar verilməlidir. Kommunikasiya idarəetmənin birinci və əsas şərtidir”, - deputat bildirib.

Z.Oruc deyib ki, vətəndaşlar əvvəlcə dövlət xəstəxanalarında müalicə və əməliyyatlara yönləndirilir, yalnız oradan imtina cavabı aldıqdan sonra özəl tibb müəssisələrinə göndəriş əldə edə bilirlər. Komitə sədrinin sözlərinə görə, bu prosedur təcili müalicə və ya əməliyyata ehtiyacı olan şəxslər üçün çətinlik yaradır. Deputat icbari tibbi sığortanın Azərbaycanda əvvəlcə uğurla işləməyə başladığını və vətəndaşların sağlamlıq problemləri ilə bağlı parlament üzvlərinə müraciətlərinin azaldığını bildirib.

“Bu, statistikada da özünü göstərirdi. O demək idi ki, icbari tibbi sığorta sistemi işləyir”, - deputat deyib. 

O, sistemin həmrəylik prinsipinə əsaslandığını vurğulayıb.
“Yüksək məbləğdə icbari tibbi sığorta haqqı ödəyən şəxs, əslində, 500-700 manat maaş alan və daha az sığorta haqqı ödəyən şəxsin sağlamlığını da maliyyələşdirmiş olur. Həmrəylik metodu həm pensiya sistemində, həm də icbari tibbi sığortada işləyən modeldir”, - deputat bildirib.

Zahid Oruc icbari tibbi sığorta sistemində aparılan struktur və kadr dəyişikliklərinin də xidmətlərin təşkilinə təsir göstərdiyini deyib. Onun sözlərinə görə, təcrübəli əməkdaşların sürətlə dəyişdirilməsi qurumlarla əlaqələrin və koordinasiyanın qurulmasını çətinləşdirir. 
“Konkret əməllərində qanunsuzluq və cinayət olanları cəzalandırın, kənarlaşdırın. Ancaq qalan insanları tapana, onlarla əlaqə qurana və yeni şəxslər həmin böyük təcrübəni toplayana qədər zaman lazımdır. Təcrübə bir günün içərisində yaranmır”, - Z. Oruc bildirib.

Mürtəza 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 Sentyabr 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see491

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see462

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see270

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see253

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see250

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see244

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see236

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see232

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see231

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see226

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see216

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see214

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see211

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see208

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see199

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see195

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see187

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see185

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see183

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri